6 aprel 2024-cü il
6 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilbər Məmmədovanın “Populyar musiqi və caz musiqisinin tarixi və nəzəriyyəsi” fənni üzrə açıq dərsi keçirildi.
Açıq dərsdə "Musiqi nəzəriyyəsi" kafedrasının müdiri, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova və Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, BMA-nın professoru Elnarə Dadaşova iştirak etdilər.