
10 mart 2022-ci il
Bildiyimiz kimi, 2021-ci Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranmasının 100 ili tamam oldu.
Bildiyimiz kimi, 2021-ci Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranmasının 100 ili tamam oldu.
Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibəti ilə məktəb-studiya şagirdlərinin konserti keçirilib.
9 mart 2022-ci il tarixində Kamera və Orqan Musiqi zalında Klavesin musiqi axşamı keçirildi.
7 mart 2022-ci il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, BMA-nın kontratenor səs tembrinə malik ilk tələbəsi olan Tofiq Zeynalovun 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş “Barokko musiqisi axşamı” adlı solo konserti keçirildi.
7 mart 2022-ci il tarixində Bakıdakı Rus Evi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə toplaşan tamaşaçılara Beynəlxalq Qadınlar Gününə həsr olunmuş gözəl konsert proqramı təqdim etdi.
5 mart 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestri ilə birlikdə dünya şöhrətli skripkaçı Qidon Kremerin konserti keçirilmişdir.
Xocalı soyqırımına ithaf
15 fevral 2022-ci il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Zalında (Kirxa) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunan Orqan və Kamera Musiqi konserti keçirildi.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi
Lalə Cəfərovanın “Bir Xəzər əfsanəsi” baletinin premyerası
28 yanvar 2022-ci il tarixində Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) dahi rus bəstəkarı, pianoçu və pedaqoq Aleksandr Skryabinin 150 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilmişdir.
Azər Dadaşovun 75 illiyinə həsr olunmuş konsertdə məktəb-studiyanın üç məzunu çıxış etdi
29 dekabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Resbublikasının Prezidenti, cənab İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Nəğmə doğu ürək” adlı qala-konsert keçirildi.
27 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Dünya şöhrətli pianoçu, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə qeyd olundu.
24 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyeyin 60 illik yubileyinə həsr olunmuş konsert keçirildi.
24 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Metodika və xüsusi pedaqoji hazırlıq" kafedrasının "Musiqi müəllimliyi" şöbəsi tələbələrinin Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konserti keçirildi.
23 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "Kamera ansamblı" kafedrasının müəllimləri professorlar Kəmalə Neymanova, Fəridə Əhmədbəyova və Tövhə Babayevanın tələbələrinin iştirakı ilə konsert keçirildi.
22 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasındakı Rossotrudniçestvonun Nümayəndəliyi 2021-ci ildəki işinin yekunlarına həsr olunmuş “Rus qışı” bayram gecəsi keçirilmişdir.
22 dekabr, 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında "İxtisas Fortepiano" kafedrasının müəllimlərinin Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş konserti keçirildi.
22 dekabr 2021-ci il tarixində Abşeron rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası ilə Abşeron rayonunun birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirildi. Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısı İ.Gülməmmədova və partiya fəalları iştirak etmişlər.
© Copyright 2025 Bakı Musiqi Akademiyası