10 iyul 2023-cü il
10 iyul 2023-cü il tarixində “Yeni adlar” layihəsi çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş növbəti müvəffəqiyyətli konsert keçirildi.
Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan konsertdə Prezident təqaüdçüləri Atabala Manafzadə (piano) və Orxan Hüseynov (violonçel) əsrarəngiz ifalarını dinləyicilərə təqdim etdilər.
Konsert proqramında Frans Şubertin Sonata a moll, D.821, Robert Şumanın “Fantasiestücke” op.73, Dimitri Şostakoviçin Sonata d moll, op.40 əsərləri istedadlı gənclər tərəfindən səsləndirildi.
Dinləyicilərin zövqünü oxşayan konsert gecəsi gurultulu alqış sədaları altında başa çatdı.
Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi professor Nəzmiyyə Abbaszadə və başqa mötəbər qonaqlar iştirak etmişlər.