• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 iyun 2023-cü il

    9 iyun 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində “Klassik musiqi axşamları” layihəsi çərçivəsində Kremerata Baltika orkestrinin solistləri və Bakı Kamera orkestrinin birgə möhtəşəm çıxışı oldu.

    Bakı konsertinin solistləri Litva Kremeratasının yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violin ifaçısı, bir çox müsabiqələrin laureatı Giedre Dirnavauskaitedir.

    Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri (bədii rəhbər Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) də parlaq ifası ilə çıxış etdi.

    Azərbaycanlı dirijoru “Kremerata Baltika” ilə yaradıcı dostluq bağlayır. O, mütəmadi olaraq, müxtəlif festivallarda məşhur orkestr ilə çıxış edir.

    Əzəmətli konsert salonunda Faustas Latenasın “Bolero”, Olli Mustonenin Nonet N.2, Silvija Miliünaitenin “Drive for live”, Nino Rotanın simli alətlər üçün konserti, Feliks Mendelsonun skripka və simli alətlər üçün e moll konserti səsləndirildi.

    Təntənəli konsert gecəsi dinləyicilərin zövqünü oxşayaraq, gurultulu alqış sədaları altında başa çatdı.