• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 oktyabr 2023-cü il

    26 oktyabr 2023-cü il tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Bakı Kamera Orkestrinin konserti  (Bədii rəhbər: Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Direktor: Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru professor Yeganə Axundova, Baş dirijor: Azərbaycan Respublikasının  əməkdar artisti Fuad İbrahimov) keçirildi.

    Baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə orkestrin ifasında  İohan Sebastiyan Baxın Simlilər üçün Üç nömrəli “Brandenburq” Konserti, Volfqanq Amadey Mosartı Adajio və Fuqa c-moll, Robert Şumanın Bax adına 6 Fuqa, op.60, Vüqar Məmmədzadənin “Sevgi kölgələri”, əsərləri səsləndirildi. 

    Sonda səsləndirilən Valentin Silvestrovun “The messenger 1956” əsərində təbiətin şıltaqlılığı, küləyin səsi musiqi vasitəsilə bədii obrazlı şəkildə çox aydın təsvir olmuşdur.

    Musiqiçilərin peşəkar ifası dinləyicilərin böyük marağına səbəb olduğundan, onlar yenidən BiS-də Qara Qarayevin “İldırımlı yollarla” baletindən Ehtiraslı qızların rəqsi əsərini ifa etdilər.

    Təntənəli konsert gecəsi tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.