• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 iyun 2023-cü il

    20 iyun 2023-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert keçirildi. 

    Qeyd edək ki, konsert “Mirzə İbrahimov irsinin Təbliği və Tədqiqi” fondunun nəzdində Sülhməramlı Gənclər Birliyinin ilk tədbiridir.

    Öncə AMEA, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva giriş sözü ilə çıxış edib, tədbiri açıq elan etdi.

    Zəngin konsert proqramında C.F.E.Baxın Violonçel konserti a moll, l hissə, W.H.Squarenin Tarantella op.23, d moll, M.İsrafilzadənin “Ellegiya”, C.S.Saensin Violonçel konserti a moll, l hissə, D.Şostakoviçin Duet-preladium əsərləri səsləndirildi.

    Konsert tamaşaçıların böyük marağını qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.