• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 iyul 2023-cü il

    21 iyul 2023-cü il tarixində Bakıda yerləşən “Rus Evi”ndə  təntənəli "Mövsümün bağlanışı"  konserti keçirildi.

    Tədbirin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina idi.

    Tədbirin əvvəlində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov toplaşan ictimaiyyət qarşısında çıxış etdi. İ.Zinnurov çıxışında konsertin qonaqlarını və iştirakçılarını salamlayaraq, mövsümün hər bağlanışının açılışla izləndiyini vurğuladı.

    Bu bayram gecəsində tamaşaçılar üçün həm tanınmış, həm də həvəskar ifaçıların təqdim etdiyi klassik musiqi sənətinin əsərləri, caz kompozisiyaları, müasir estrada hitləri, eləcə də xalq mahnıları və rəqslərindən ibarət olan xüsusi rəngarəng konsert proqramı hazırlanmışdır. Bütün proqram tarixi yanaşma əsasında qurulmuşdu ki, bu da dinləyicilərə 18-ci əsrdən indiyədək müxtəlif musiqi dövrlərinə keçməyə imkan verdi. Bundan əlavə, tədbir zamanı zaldakı tamaşaçılar aparıcı A.İnyakinin onlara danışdığı musiqi sənətinin inkişaf tarixindən maraqlı faktlarla da tanış olmaq imkanı əldə etdilər.

    Konsertdə Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Azərbaycan Dövlət Akademik Musiqi teatrının solisti Yuliya Heydərova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solistləri Leyla Kərimova və Renata Abubekirova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının artistləri Fərhad Ələkbərov və Əliyar Əliyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor artisti Ruslan Persan, beynəlxalq müsabiqələr laureatı,  N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov, BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, BMA-nın tələbəsi Gülzar Hüseynova, "Xarı bülbül" Azərbaycan xalq rəqslərinin vokal-xoreoqrafiya ansamblı, eləcə də Anastasiya Primak və Kamilla Dikman çıxış etdilər.

    Tədbirin qonaqları diplomatik korpusun nümayəndələri, mədəniyyət ziyalıları, eləcə də soydaşlarımız olmuşdur.

    Tam anşlaqla  keçən konsert tamaşaçıların gur alqışları ilə başa çatdı.