• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 iyun 2023-cü il

    20 iyun 2023-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbycan Dövlət Kamera Orkestrinin konserti keçirildi.

    Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Eyyub Quliyevin rəhbərliyi altında Qara Qarayev adına Azərbycan Dövlət Kamera Orkestrinin müşayiətilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova və Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, Prezident təqaüdçüsü Vurğun Vəkilov öz ifalarını dinləyicilərə təqdim etdilər.

    Zəngin konsert proqramında Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirildi.

    Təntənəli konsert gecəsi tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqış sədaları altında başa çatdı.