• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 iyul 2023-cü il

    14 iyul 2023-cü il tarixində Bakıda yerləşən “Rus Evi”ndə Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının məzunu,  hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun solo konserti keçirildi.

    Tədbirin aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina idi. Müşayiəti BMA-nın konsertmeysteri Dilarə Kərimova etdi.

    Tədbirin əvvəlində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov toplaşan ictimaiyyət qarşısında çıxış etdi. İ.Zinnurov çıxışında Teymuru uğurları münasibətilə təbrik edib, istedadlı gənclərin yetişdirilməsində müəllim və valideynlərin mühüm rolunu vurğulamışdır.

    BMA-nın Məktəb-studiyasında oxuduğu illərdə T.Kazımov artıq bir sıra nüfuzlu  beynəlxalq müsabiqələrin qalibi olmaqla beynəlxalq arenada özünü təsdiqləməyi bacarmışdır.

    Teymurun parlaq nailiyyətlərindən biri görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazinin təşkil etdiyi “Florida Keys” VIII beynəlxalq musiqili müsabiqəsində iştirakı olub. Bu il müsabiqə Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi ili çərçivəsində təşkil olunmuşdur. Müsabiqədə Teymur bir neçə klassik əsər, o cümlədən Müslüm Maqomyevin Heydər Əliyevin sevimli mahnılarından olan “Bahar yurdu, Azərbaycan” mahnısını təqdim edib. Bu əsərin ifası onun müsabiqənin Qran-prisinin və Heydər Əliyevin xüsusi pul mükafatının sahibi olmasına kömək etdi. Teymur bu qələbəsini  BMA-nın Məktəb-studiyasının yaradıcısı, 43 il direktoru olmuş və təəssüf ki, bu il vəfat etmiş professor Tərlan  Seyidovun xatirəsinə həsr edib. Konsert proqramına dünya opera sənətinin inciləri, o cümlədən Teymur Kazımovun dostlarının ifasında məşhur estrada mahnıları daxil edilmişdir. Çıxış etdilər - Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xor Kapellasının artisti Fərhad Ələkbərov, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının xor artisti Ruslan Persan.

    Tədbirin qonaqları diplomatik korpusun nümayəndələri, mədəniyyət ziyalıları, eləcə də soydaşlarımız olub.