• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 sentyabr 2024-cü il

    16 sentyabr 2024-cü il tarixində   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında bu Ali təhsil ocağına qəbul olmuş birinci kurs tələbələri ilə görüş keçirildi.

    Görüşdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva hər kəsi salamlayaraq, tələbə adını qazanmış gənc musiqiçiləri təbrik edib, uğurlar arzu etdi. 

    O, hər il olduğu kimi bu  il də müxtəlif tədbirlərin, konsertlərin, festivalların və müsabiqələrin keçirildiyini  vurğuladı və bütün gənc ifaçıları tədbirlərdə, müsabiqələrdə fəal iştirak etməyə, Bakı Musiqi Akademiyasının tələbə adını fəxrlə təmsil etməyə və musiqi mədəniyyətimizi layiqincə təbliğ etməyə səslədi.

    Eyni zamanda N.Quliyeva  Baloniya sistemi haqqında, onun tələbləri, strukturu, qaydaları barədə tələbələri məlumatlandırdı.

    Daha sonra o, ixtisas fənnləri ilə yanaşı tələbələrə digər faydalı fəaliyyətlərlə məşğul olmalarını  tövsiyə etdi (BMA-nın İdman kafedrasında keçirilən müxtəlif oyunlar, yarışlar).

    Ardınca digər prorektor və dekanları tələbələrə təqdim edib, sözü  Tərlan Quliyevə verdi.

    BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev öz növbəsində birinci kurs tələbələrini təbrik edib, onlara gələcək təhsil illərində müvəffəqiyyətlər arzuladı. 

    Sonda digər dekan və kafedra müdirləri tərəfindən tələbələrin sualları cavablandırıldı.