• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     23 may 2024-cü il

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru,

    dosent  Ruqiyyə Süleymanovanın “Azərbaycan bəstəkarlarının yaradıcılığında operetta və musiqili komediya janrında yazılmış əsərlər” adlı mövzusunda elmi seminarı keçirildi.

    Süleymanova Azərbaycan bəstəkarlarının yaradıcılığında mühüm yer tutan operetta və musiqili komediya janrında yazılmış əsərlərdən söz açarkən,operetta janrının yaranma tarixindən və onun dramaturji xüsusiyyətlərindən bəhs etdi.Azərbaycan incəsənəti tarixində ilk musiqili komediyanın yaradıcısı dahi bəstəkar Ü. Hacıbəylinin 1909-cu ildə yazdığı və 1910 cu il mayın 24 -də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilən “ Ər və arvad “ tamaşası olmuşdur. Eyni zamanda Ü.Hacıbəylinin musiqili komediyalarında obrazların musiqi vasitəsilə səciyyələndirilməsi, bir sıra dialoqların musiqiyə salınması , xorlardan, rəqslərdən istifadə olunması, dramatik və lirik səhnələrdə musiqinin geniş yer tutmasının mühüm xüsusiyyətlərini vurğuladı.

     ­R.Süleymanova çıxışının davamında Azərbaycan teatr tamaşalarına musiqi bəstələmiş bəstəkarlarla yanaşı ssenari müəlliflərinin böyük rejissor və aktyor nəslinin birgə fəaliyyəti nəticəsində  ərsəyə gələn səhnə əsərləri haqqında məlumat verdi.  Bu tamaşaların yaradılmasinda H.Ərəblinskinin , Ə.Ağdamskinin , Ə.Hüseynzadənin , H, Abbasovun , R.Darablının , Ə.Anaplının və başqalarının mühüm rol oynamasını qeyd etdi.

     Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində uzun illər çalışan rejissor Ş.Bədəlbəylinin və o dövrdə teatrın aparıcı aktyor heyəti olan N.Zeynalova , L.Abdullayev , BəşirSəfər oğlu ,  S.Aslan , H. Bağırov ,N.Behbudova , Ş.Qasımova , L.Dadaşzadə , M.Əhmədov və b. adlarını qeyd etdi.

    R.Süleymanova çıxışını davam etdirərək Azərbaycan bəstəkarları tərəfindən tamaşalara yazılmış musiqidən söz açarkən, tamaşanın əsas ideyasının çatdırılmasında, müəyyən dramaturji vəhdətin yaradılmasında, tamaşanın ümumi sürət-ritminin yaranmasında, rejissorun quruluş planının reallaşmasında musiqi ünsürünün çox böyük rol oynamasından söz açdı.

     Azərbaycan Musiqili Komediya Teatrı səhnəsində təkrar quruluşda oynanılan “Arşın mal alan” , “O olmasın bu olsun” , “Romeo mənim qonşumdur” , “Qızıl toy” , “Amerikalı kürəkən” və başqa tamaşaların adlarını qeyd etdi.

    Həmçinin Azərbaycan musiqili komediya əsərlərinin yadda qalan səhnə nümunələrindən olan Ş.Axundovanın “Ev bizim sir bizim “ , N.Məmmədov və T.Bakıxanovla birgə yazdığı “Altı qızın biri pəri “ ,A.Rzayevin “Hacı Kərimin aya səyahəti” ,V.Adıgözəlovun “Nənəmin şahlıq quşu “ tamaşalarının musiqi tərtibatı haqqında məlumat verdi və həmin tamaşalardan fraqmentlər təqdim etdi.

    Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçini  təbrik edərək,  öz dəyərli fikirlərini söylədi və həmçinin laboratoriyanın digər əməkdaşları Ruqiyyə xanıma uğurlar arzuladılar.

     

     

    Ü.Hacıbəyli adına BMA-nın

    doktorantı, elmi işçisi Bəsti Kazımova