31 may 2024-cü il
31 may 2024-cü il tarixində Moskvada Yelena Qnesinanın 150 illik yubileyinə həsr olunmuş Yelena Qnesina adına Rusiya Musiqi Akademiyasında MDB-yə üzv dövlətlərin mədəniyyət müəssisələri rəhbərlərinin iki günlük Sammit Zirvə görüşü keçirildi.
Müxtəlif ölkələrin İncəsənət xadimlərinin qatıldığı forumda Azərbaycan Respublikasının Xalq artisti, tanınmış pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova iştirak etmişdir.
Forum çərçivəsində Yeganə Axundova “Вестник Кавказа” qəzetinə müsabihə verərək, Rusiya-Azərbaycan əməkdaşlığından danışmışdır. Yeganə Axundova Rusiya və Azərbaycanda peşəkar musiqi təhsili üçün vahid bazanın mövcudluğunu xüsusi qeyd etmişdir.
O, müsahibəsində demişdir: “1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) açıldıqdan sonra, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən bu təhsil ocağına ilk müəllimlər - Moskva və Sankt-Peterburqdan bir çox görkəmli rus musiqiçiləri Bakıya dəvət olunmuş olmuşlar.
Bunlar musiqiçilərimizlə birlikdə Azərbaycan musiqi təhsilinin əsasını qoyan yüksək səviyyəli peşəkarlar idi.
1921-1922-ci illərdə Moskva Konservatoriyasının məzunu Matvey Presmanın Azərbaycan Konservatoriyasının rektoru olması bizim çoxillik sıx mədəni əlaqələrimizi artıq sübut edir. Bundan başqa, iki Azərbaycan fortepiano məktəbi rus musiqiçiləri - mayor Brenner və Georgi Şaroyev tərəfindən yaradılmışdır.
Sankt Peterburq Konservatoriyasının məzunu Semyon Bretanitskinin Azərbaycan skripka məktəbinin formalaşmasında və inkişafında böyük rolu olmuşdur. Bu misalları davam etdirmək olar və onlar göstərir ki, bizim musiqi əlaqələrimiz təxminən bir əsr əvvələ gedib çıxır.
Onu da qeyd etmək istərdim ki, yuxarıda haqqında danışdığımız gənclərin iştirakı ilə həyata keçirilən birgə layihələr, ilk növbədə, xalqlarımızın mədəni dəyərlərinin mübadiləsi, adət-ənənələrin öyrənilməsi və ən yaxşı nailiyyətlərdir.
Beynəlxalq əlaqələr üzrə prorektor kimi dünyanın bir çox konservatoriyaları ilə əlaqə yaratmağa çalışıram. Estoniya Teatr və Musiqi Akademiyası ilə birlikdə işlədikdən sonra Azərbaycan gəncləri, xüsusən də tələbə bəstəkarlar arasında çox populyarlaşan elektron musiqi fənnini universitetimizin tədris proqramına daxil etdik. Müasir təhsil sistemində şagirdlərin dünyagörüşünün genişləndirilməsi, onların musiqidə ən son texnologiyalarla tanış edilməsi çox yaxşı istiqamətdir.
Xüsusilə qeyd etmək istərdim ki, həmkarlarımla birlikdə ikili diplom almaq imkanlarını da araşdırırıq”.
Rusiya-Azərbaycan diplomatik əlaqələri ilə yanaşı mədəni əlaqələrinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyün bildirən Yeganə xanım Bakı Musiqi Akademiyasının məzunlarının fəaliyyətlərini Rusiyada uğurla davam etdirdiklərini, həmçinin Rusiyanın tanınmış musiqi xadimlərinin Bakı Musiqi Akademiyasına dəvət olunaraq, ustad dərslər keçdiklərini böyük şövqlə nəzərə çatdırmış və bu yolda da rus dilinin mühüm rolu olduğunu xüsusi qeyd etdi.