18 mart 2024-cü il
Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirildi.
18 mart 2024-cü ildə Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans zalında Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki yığıncağı keçirilmişdir. 52 nümayəndə iştirak edən konfransda hesabat məruzəsu ilə həmkarlar ittifaqı təşkilatının sədri A.M.Qafulov çıxış etdi. İkinci məsələ üzrə təftiş komissiyasının sədri Z.Q. Malayevanın məruzəsi dinlənildi. Hesabat məruzələrinin müzakirəsində nümayəndələr – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor F.Ş.Bədəlbəyli, tədris işləri üzrə prorektor, professor N.Ə.Quliyeva, elmi işlər üzrə prorektor, professor G.A.Abdullazadə, xarici tələbələrlə iş üzrə prorektor, professor Y.Ə.Axundova, kafedra müdiri, professor T.A.Məmmədov, tarix-nəzəriyyə fakültəsinin dekanı, professor G.R.Mahmudova və maliyyə və təsərrüfat işləri üzrə prorektor T.H.Fərəcov iştirak etdilər.
Sonra konfransda iştirak edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin çıxışı dinlənildi. Bunun ardınca Həmkarlar ittifaqı Komitəsinin və təftiş komissiyasının yeni tərkibləri seçildi. Açıq səsvermənin nəticələrinə görə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə yenidən A.M. Qafulov seçildi. Bakı Musiqi Akademiyası Həmkarlar İttifaqı komitəsindən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinın XVIII konfransına nümayəndə seçilməsi ilə konfrans öz işini bitirdi.