• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2024-cü il

    25 aprel 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində tanınmış bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Prezidentinin “Fəxri diplomu” mükafatçısı, “Şöhrət” və “Şərəf” ordenli, professor, bəstəkar Tofiq Bakıxanova həsr olunmuş kataloqun təqdimat mərasimi keçirilib.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı, qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, bəstəkar Tofiq Bakıxanovun əvəzolunmaz yaradıcılıq fəaliyyəti barədə məlumat verib.

    Sonra bəstəkar Tofiq Bakıxanov çıxışında muzey rəhbərliyinə və əməkdaşlara tədbirin təşkil olunması, həmçinin kataloqun ərsəyə gəlməsinə görə təşəkkürünü bildirib.

    Muzeyin Sənədli Mənbələrin elmi fond şöbəsinin müdiri, sözügedən kataloqun həmmüəllifi Esmira Rəhimova çıxış edərək, bəstəkar Tofiq Bakıxanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

    Daha sonra T.Bakıxanovun yaradıcılıq fəaliyyətinə həsr olunmuş videoçarx izlənilib.

    Tədbirin bədii hissəsində Əməkdar müəllim, dosent Kəmalə Mirbabayeva (piano), Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Kapellasının solisti Leyla Dadaşova (vokal), Hüseynağa Səmədov (tar), Firuzə Qədimalıyevanın (piano) ifasında musiqi nömrələri səsləndirilib.

    Sonda qonaqlar T.Bakıxanovun muzeydə qorunan şəxsi əşyalarından ibarət kiçik sərgi ilə əyani şəkildə tanış olublar.

    Qeyd edək ki, tanınmış bəstəkar Tofiq Bakıxanova məxsus şəxsi əşyaların bir qismi muzeyin yeni açılmış ekspozisiyasında nümayiş olunur.