• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2024-cü il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Azərbaycan  Bəstəkarlar İttifaqının idarə

    heyətinin üzvü, bəstəkar Rüfət Ramazanov və elmi işçi Ayxan Əfəndiyevin  “Müasir musiqinin təbliği” mövzusunda silsilə seminarlar çərçivəsində “Qara Qarayev və Fərəc Qarayevin “Qoya” simfoniyası” adlı seminarı keçirildi.     R.Ramazanov əsərin yaranmasının tarixi faktları ilə bağlı maraqlı məlumatlar verərək, “Qoya” simfoniyasının bədii konsepsiyasının və musiqi dramaturgiyasının ən mühüm xüsusiyyətlərini bəstəkar nöqteyi-nəzərindən  açıqladı. Məruzəçi əsərin proqram xarakterinin özünəməxsusluğunu vurğulayaraq əsərdə Q.Qarayev və F.Qarayevin simfonik yaradıcılıqlarında proqramlı təfəkkürün dərin fəlsəfəsini qabardaraq, simfoniyanın məzmununu olduqca maraqlı təfsirdə izah etdi. R.Ramazanov  simfoniyanın musiqi materialının ilk olaraq Q.Qarayev tərəfindən L Feyxtvangerin eyni adlı romanı əsasında, rejissor K.Volfun “Qoya” bədii filminə yazıldığını vurğuladı.  

    Məruzəçi A.Əfəndiyev isə məşhur İspan rəssamı Fransisko Qoyanın hayat və yardıcılığı haqqında maraqlı faktları açıqlayaraq, simfoniya və filmə yazılmış musiqidə  rəssamın obrazının, daxili aləminin, fəlsəfi baxışlarının müasir musiqi yazı texnikası vasitəsilə  canlandırılmasını diqqətə yetirdi.

    Simfoniyanın ümumi forma və ideya həlli haqqında məlumat verildikdən sonra əsər dinlənildi. Seminar boyunca “Qoya” filmindən bəzi fraqmentlər nümayiş etdirildi.

    Seminar mövzusunun maraqlı və əhatəli olması  dinləyicilər arasında  müzakirəyə və bir sıra suallara səbəb oldu. Məruzəçilər maraqlı cavabları və disskusiyaları ilə seminarı yekunlaşdırdılar.

    Sonda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış edərək məruzəçiləri maraqlı elmi seminar keçirmələri münasibəti ilə təbrik etdi və bu qəbildən araşdırmaların aparılmasının davamlı olmasını bildirdi.

     

     

    Mehparə Rzayeva

    elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,

    dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru.