Humanitar elmlər kafedrası. Tarix
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dillər kafedrası 1963-cü ildə yaradılmışdır.
Amma burada Azərbaycan, rus, alman, ingilis və italyan dilləri o vaxta qədər də tədris olunmuşdur. Həmin illərdə kafedrada dərs deyən müəllimlərdən Azərbaycan dilini D.Quliyevanın, rus dilini A.Ostaşkinanın, alman dilini T.A.Paatovun, ingilis və alman dillərini tədris edən S.X.Aşurbəylinin adlarını çəkmək olar. Kafedranın yaranması bu fənnlərin tədrisini daha da yaxşılaşdırmışdır.
1970-ci ildən kafedraya filologiya elmləri doktoru, professor A.S.Məmmədov rəhbərlik etmişdir. Təqribən həmin illərdən kafedrada musiqi nəzəriyyəsi fakültəsinin tələbələri üçün fars dili fənni tədris edilməyə başlanmışdır. Bu dövrdə kafedranın müəllimlərdən öz pedaqoji və elmi-tədqiqat işlərinə görə fərqlənənlər sırasında alman dili müəllimi Q.A.Lagernaya, Azərbaycan dili müəllimi S.X.Bağırlı, ingilis dili müəllimi V.B.Ələsgərova, rus dili müəllimi N.L.Buskivadze və başqalarının adlarını çəkmək olar.
Sonrakı illərdə kafedraya Ş.Məcidov rəhbərlik etmişdir.