• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İfaçılıq fakültəsi

    Humanitar elmlər kafedrasının əsasnaməsi

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il

    21 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil

    müəssəsinin Nümunəvi Nizamnaməsi” əsasında hazırlamış

     

    ƏSASNAMƏ

    Kafedra ali məktəbin (fakültənin) əsas tədris – elm strukturu bölməsi olub, bir və ya bir neçə fənlər üzrə (Azərbaycan ədəbiyyati tarixi və nəzəriyyəsi, Azərbaycan dili və nitq mədəniyyəti, Azərbaycan tarixi, fəlsəfə, coğrafiya, əruz, xarici dillər (ingilis rus, italyan, fars dilləri), tədrisini, metodiki, elmi tədqiqat və elmi pedoqoji kadrların hazırlanmasını, yenidən hazırlanması, ixtisaslarının artrılması, təhsil alanlar arasında tərbiyə işlərinə ciddi nəzarəti həyata keçirir.

    Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə əsasən, attestasiyası qaydalarına uyğun olaraq ali təhsil müəssəsinin professor – müəllim heyyətinin vəzifələrə seçilməsini formalaşdırır və fəaliyyət göstərir .

     

    1.1 Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmi dərəcəsi və fəxri adı olan kafedra müdiri tərəfindən həyata keçirilir .

    1.2 Kafedra iclaslarında öz səlahiyyətlərini həyata keçirən orqan, onun kollektividir .

    1.3 Kafedra iclasları zərurət olduqca, ayda bir dəfə, lazım olduqca, təxirə salınmaz məsələlərin həlli üçün növbədən kənar (məzuniyyət dövrü istisna olmaqla) çağırılır .

    1.4 Kafedranın tərkibinə kafedra, professorlar, dosentlər, baş müəllim və müəllim olan işçilər daxildir .

    1.5 Kafedra ən azı 3 professor – müəllim (və ya 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü üç  min saatdan az olmamalıdır.

    1.6 Kafedra müxtəlif ixtisaslı tələbələr üçün (xarici dillər: ingilis, rus,italyan,fars; Azərb.ədəbiyyatı tarixi və nəzəriyyəsi, Azərb.dili və nitq mədəniyyəti, Azərb. tarixi, fəlsəfə) fənləri tədris olunur.

    1.7 Kafedra iclaslarına və fənn imtahanlarına, ixtisas yönümlü digər ali məktəblərin, elmi – tədqiqat instutlarının, müəssisə və təşkilatların mütəxəssisləri də dəvət oluna bilər.

    1.8 Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləğv edilir.

    1.9 Kafedranın professor – müəllim və elmi heyətinin vəzifələrə seçilmiş bir qayda olaraq mövcud əsasnaməyə  uyğun müsabiqə yolu ilə həyata keçirilir.0

    1.10 Kafedranın və onun tərkibindəki digər struktur qurumlarının Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.

     

    KAFEDRANIN ƏSAS VƏZİFƏLƏRİ

     

    2.1 Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş, fərdi dərsin yüksək səviyyədə aparılması; boloniya sisteminə uyğun olaraq, imtahan qabağı ilkin balların toplanması;

    2.2 Kurs üzrə tələb olunan imtahan qabağı ilkin keçid balların toplanması məqsədi ilə keçirilən dinləyişlərin  təşkili və keçirilməsi;

    2.3 Kafedra tədris edilən fənn üzrə hər ixtisasa uyğun proqramların işlənib hazırlanması;

    2.4 Dərslik, metodik və dərs vəsaitlərinin, müntəxəbatların hazırlanması;

    2.5 Elmi – metodiki işlərinin müzakirəsi, onların çap olunaraq tədris və yaradıcılıq prosesinə daxil olunması;

    2.6 Kafedra əməkdaşlarının tədris, elmi – metodiki  və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

    2.7 Qabaqcıl təcrübənin öyrənilməsi üçün bu yönümlü ixtisasları tədris edən ali məktəb müəssisə və təşkilatlara əlaqələrin yaranması;

    2.8 Açıq dərslərin təşkili və protokollaşdırılması;

    2.9 Akademiyanın tədbirlərində, kafedra müəllimlərinin iştirakının təşkili;

    2.10 Tələblərin hüquqları nəzərə alınaraq, müəllim seçimlərini təmin etmək;

    2.11 Fənn proqramlarının müzakirə və təsdiq edilməsini təmin etmək;

    2.12 Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələlərin də müzakirəsi və müvafiq qərar;

     

    KAFEDRA İCLASLARI

     

    Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

    3.1 Kafedranın fəaliyyəti üzrə, eyni zamanda müəllimlərin, elmi – tədris, yaradıcılıq heyyətinin plan və hesabatları;

    3.2 Kafedra tərəfindən tədris olunan fənnin ixtisaslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan biletləri;

    3.3 Müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;

    3.4 Kafedra müdirinin müavinlərinin namizədliyi;

    3.5 Elmi – metodiki işlərin müzakirəsi;

    3.6 “Humanitar fənlər” ixtisasının  xüsusiyyətini nəzərə alaraq proqramlar, sillabuslar, biletlər və imtahan tələbatlarının mütəmadi olaraq redəktə olunması.

     

    Kafedra iclasında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir, tədris metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunması haqqında təqdimatların müzakirəsi, tədris – tərbiyə prosesində iştirak edən kafedra üzvlərinin səsi həlledicidir.

     

    4.1 Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;

    4.2 Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;

    4.3 Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

    4.4 Fakültə və kafedranı kənar təşkilatlarda təmsil edir.

    4.5 Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir.

    4.6 Kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ali məktəb elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.

    4.7 Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir.

    4.8 Kafedra müdiri kafedra müəllimlərinin və tələbələrin dərsə davamiyyətinə, keçirilən dinləyişlərə və imtahanlarına nəzarət edir.

    4.9 Kafedra müdiri fərdi dərs cədvəllərinin qurulmasına nəzarət edir.