• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İfaçılıq fakültəsi

    Humanitar elmlər kafedrası. Tarix

     

     Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dillər kafedrası 1963-cü ildə yaradılmışdır.

    Amma burada Azərbaycan, rus, alman, ingilis və italyan dilləri o vaxta qədər də tədris olunmuşdur. Həmin illərdə kafedrada dərs deyən müəllimlərdən Azərbaycan dilini D.Quliyevanın, rus dilini A.Ostaşkinanın, alman dilini T.A.Paatovun, ingilis və alman dillərini tədris edən S.X.Aşurbəylinin adlarını çəkmək olar. Kafedranın yaranması bu fənnlərin tədrisini daha da yaxşılaşdırmışdır.

    1970-ci ildən kafedraya filologiya elmləri doktoru, professor A.S.Məmmədov rəhbərlik etmişdir. Təqribən həmin illərdən kafedrada musiqi nəzəriyyəsi fakültəsinin tələbələri üçün fars dili fənni tədris edilməyə başlanmışdır. Bu dövrdə kafedranın müəllimlərdən öz pedaqoji və elmi-tədqiqat işlərinə görə fərqlənənlər sırasında alman dili müəllimi Q.A.Lagernaya, Azərbaycan dili müəllimi S.X.Bağırlı, ingilis dili müəllimi V.B.Ələsgərova, rus dili müəllimi N.L.Buskivadze və başqalarının adlarını çəkmək olar.

    Sonrakı illərdə kafedraya Ş.Məcidov rəhbərlik etmişdir.


    1994-cü ildən 2008-ci ilə qədər kafedraya o zaman filologiya elmlər namizədi, dosent indi isə AMEA-nın müxbir üzvi olan görkəmli ədəbiyyatşünas Nərgiz Paşayeva rəhbərlik etmişdir. Bu illər ərzində kafedranın fəaliyyətində nəzərə çarpacaq dəyişikliklər baş vermişdir. Məhz Nərgiz xanımın təşəbbüsü ilə kafedra rəsmi olaraq “Dillər və ədəbiyyat” kafedrası adlanmışdır. Kafedrada Azərbaycan dili və xarici dillərlə yanaşı Azərbaycan ədəbiyyatı tarixi, rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi fənnləri də tədris edilməyə başlanmışdır. Ədəbiyyat nəzəriyyəsi fənni musiqi nəzəriyyəsi fakültəsini tələbələrinə bir il müddətində, Azərbaycan ədəbiyyatı tarixi fənni isə Bkı Musiqi Akademiyasının bütün tələbələrinə il yarım ərzində tədris olunmuşdur.

    1994-cü ildən etibarən xanəndələr qrupuna “Nəzmin poetik formaları” fənni adı altında əruz vəzni və klassik ədəbiyyatın sirləri öyrədilmişdir.

    2008-ci ildən kafedraya filologiya elmləri doktoru, professor Tərlan Quliyev rəhbərlik edir. Hazırda kafedrada müəllimlərdən ingilis dili müəllimləri V.Məmmədova, R.Abbasbəyli , G.Məmmədova, K.Bəşirova, Azərbaycan dili və ədəbiyyatı müəllimləri T. Quliyev, N.Rzayeva, M.Cavadova, L.Süleymanova, rus dili və ədəbiyyatı müəllimi N.Salamova, fars dili müəllimi T.Quliyev, italyan dili müəllimi P.Əkbərova, Azərbaycan tarixi müəllimləri A.Kərimbəyova,X.Səfərova, fəlsəfə tarixi fənninin müəllimi N.İsmayılov çalışır. Müəllimlərin əksəriyyəti dəfələrlə respublikamızda və xaricdə keçirilən müxtəlif konfranslarda iştirak etmişlər.

    Kafedra 2016-cı ildən etibarən “Humanitar fənlər” kafedrası adlanır.