Cəfərova Natavan Əyyub qızı
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 01.06.1972.
Təhsil: 1978-1985-ci illərdə 12 saylı 7 illik musiqi məktəbinin fortepiano sinfində oxumuş ,1989-cu ildə 46 saylı orta məktəbi, 1995-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1995-2000-ci illərdə 136 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi, 2000-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Heydər Əliyev muzeyinin müdiri vəzifəsində işləmişdir.
2003-2004 cü ildən “Təfəkkür” Universitetində dillər kafedrasında müəllim,
2006-cı ildən Bakı Musiqi Akademiyasında çalışır, 2011-ci ildən “Musiqi tarixi” kafedrasında baş müəllimdir. Hal-hazırda dosent vəzifəsində çalışır.
Elmi fəaliyyəti: 2006-cı ildən “İctimai fənlər” kafedrasının dissertantı olub. 2011-ci ildən 2015-ci ilə qədər “Musiqi tarixi” kafedrasının doktorantura və dissertantura şöbəsində təhsil almışdır. Elmi işinin adı “Vokal sənətində nitq və səhnə mədəniyyəti probleməri haqqında” adlanır. Müxtəlif toplularda, yerli və xarici mətbuatda məqalələr çap etdirir. 2019-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır.
Tədris ədəbiyyatı:
1.Dünya dinləri və sosial – etnik problemləri / Metodik vəsait/ ADNA-nın mətbəsi, bakı, 2007 / 50 s.
2. “Diyarşünaslıq” üzrə fənn proqramı/ Proqram/ ADNA-nın mətbəsi, Bakı, 2008/-33 s.
3. Rus dili /Dərs vəsaiti/ “Nurlan”, Bakı, 2009/-235 s./ A.A. Bayramova
4. Dünyəvi dinlər /Kitab/ “Azərnəşr”, bakı, 2009/-157 s.
5. “Nitq mədəniyyəti” üzrə fənn proqramı /Proqram/ ADNA-nın mətbəsi, Bakı, 2010/-51 s.
6. Arxiv-biblioqrafiya təcrübəsi fənni üzrə proqram, Bakı, 2016/-14 s.
7. Arxiv-biblioqrafiya təcrübəsi. Dərslik. Bakı-2016 /-159 s.
8. Vokal sənətində nitq və səhnə mədəniyyəti – 2017/ -223 s.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir.
Mob: (050) 602 29 08
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.