• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Konsertlər

    15 may 2024-cü il

    15 may 2024-cü il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının təntənəli konserti keçirildi. 

    Ardını oxu...

    14 may 2024-cü il

    14 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının professoru Gülnarə Məmmədyarovanın pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə təntənəli sinif konserti keçirildi.

    Ardını oxu...

    11 may 2024-cü il

    11 may 2024-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 101 illiyi münasibəti ilə Azərbaycanın İtaliyadaki Səfirliyində tədbir keçirildi. 

    Ardını oxu...

    10 may 2024-cü il

    İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti

    Ardını oxu...

    9 may 2024-cü il

    9 may 2024-cü il tarixində Şəmkir şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə orqan musiqisindən ibarət konsert proqramı təqdim edildi.

    Ardını oxu...

    8 may 2024-cü il

    8 may 2024-cü il tarixində Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edildi.

    Ardını oxu...

    7 may 2024-cü il

    7 may 2024-cü il tarixində Ağdam rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edildi.

    Ardını oxu...

    6 may 2024-cü il

    6 may 2024-cü il tarixində Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş təntənəli konserti keçirildi. 

    Ardını oxu...

    6 may 2024-cü il

    6 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş təntənəli konsert keçirildi. 

    Ardını oxu...

    30 aprel 2024-cü il

    30 aprel 2024-cü il tarixində görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 151 illiyinə həsr olunmuş “İki vida...” adlı “İxtisas fortepiano” və “Konsertmeyster ustalığı” kafedralarının birgə konserti keçirildi.

    Ardını oxu...

    29 aprel 2024-cü il

    29 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının tələbərinin əsərlərindən ibarət hesabat konserti keçirildi. 

    Ardını oxu...

    27 aprel 2024-cü il

    27 aprel 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakı Kamera Orkestrinin  (bədii rəhbəri SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) konserti keçirildi. 

    Ardını oxu...

    26 aprel 2024-cü il

    26 aprel 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin keçirdiyi “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçirildi.     

    Ardını oxu...

    25 aprel 2024-cü il

    25 aprel 2024-cü il tarixində Kamera və Orqan Musiqi Zalında Orqan Musiqi Axşamı adlı təntənəli konsert keçirildi.

    Ardını oxu...

    25 aprel 2024-cü il

    Dünya klassik poeziyasının dahiləri sırasında yer alan görkəmli şair, dramaturq Aleksandr Puşkin yaradıcılığı öz dərin məzmunu, hisslər axınının emosional coşğunluğu, nəcib lirikası ilə hər zaman bəstəkarların musiqi ilhamlarının mənbəyi olub. Sevgi, həsrət, istirab, nakam məhəbbət və daha nə qədər duyğuları özündə cəmləşdirən bu yaradıcılıq yolu əsrarəngiz, ecazkar əsərləri dünya musiqi mədəniyyətinə bəxş edib.

    Ardını oxu...

    18 aprel 2024-cü il

    18 aprel 2024-cü  il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri Zərif Kərimova, Oksana Gül, Gülşən Mehdiyeva  və Azərbaycan  Dövlət Simfonik orkestrinin solisti Nərgiz Əliyeva Beynəlxalq Muğam Mərkəzində “Spring Harmony” adlı konsert proqramı ilə çıxış etdilər. 

    Ardını oxu...

    18 aprel 2024-cü il

    18 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış dirijor Azad Əliyevin xatirəsinə həsr olunmuş təntənəli konsert keçirildi. 

    Ardını oxu...

    30 mart 2024-cü il

    30 mart 2024-cü il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, dirijor Azad Əliyevin xatirəsinə həsr olunmuş təntənəli konsert keçirildi. 

    Ardını oxu...

    19 mart 2024-cü il

    19 mart 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında BMA-nın “İfaçılıq fakültəsi” tələbələrinin iştirakı ilə Novruz bayramına həsr olunmuş təntənəli konsert keçirildi.

    Ardını oxu...

    13 mart 2024-cü il

    Məktəb-studiyanın şagirdləri aktyor qismində

    Ardını oxu...