25 may 2026-cı il
25 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında viola sinfinin konsert proqramı baş tutdu.
Konsert layihəsinin müəllifi, “Fulbright” proqramı çərçivəsində çalışan Qərbi Miçiqan Universitetinin professoru İqor Fedotov olmuşdur. Layihənin koordinatorları Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə və baş müəllim Gülnarə Nurullayeva idi.
Öncə Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tamaşaçıları salamlayaraq, İqor Fedetovu auditoriyaya təqdim etdi və onun BMA-nın məzunu olduğunu vurğuladı.
Sonra Əməkdar incəsənət xadimi, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə ürək sözləri ilə çıxış edib, İqor Fedetovu Bakı Musiqi Akademiyasında yenidən görməkdən məmnun olduğunu bildirdi.
İqor Fedetov da öz növbəsində ona göstərilən diqqətə görə BMA-nın rəhbərliyinə təşəkkür edib, akademiya ilə bağlı xatirələrini hər kəslə bölüşdü.
Tədbir Azərbaycan viola ifaçılıq məktəbinin inkişafında mühüm xidmətləri olmuş görkəmli pedaqoqlar — Rəşid Seyidzadə, Tofiq Aslanov, Çingiz Məmmədov və Talıb Səlimxanovun xatirəsinə və ümumilikdə bu sənətin formalaşmasına töhfə vermiş bütün sənətkarların əziz xatirəsinə həsr olunmuşdur.
Konsert proqramında viola sinfinin tələbələri dünya klassik musiqisinin görkəmli bəstəkarlarının əsərlərini böyük ustalıqla təqdim etdilər:
Şəms Əlili — F.A. Hoffmeister “Viola Concerto in D major”
Dilarə Asədova — Franz Schubert “Arpeggione” sonatası
Nargilə Əliyeva — Carl Stamitz “Viola Concerto in D major”
Nərmin Əbilova — Béla Bartók “Viola Concerto”
Ayan Məmmədova — Cecil Forsyth “Viola Concerto in G minor”.
Tələbələrin çıxışları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Müəllimlər:
Bəxtiyar Axundov — Əməkdar artist baş müəllim,
Gülnarə Nurullayeva — baş müəllim
Konsertmeysterlər:
İrina Kirilina
Fidan Yunus





