Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


Ruslan Əkrəm oğlu Tağıyevin “Bayatı-şiraz muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Fidan İrza qızı Nəsirova-Əhmədovanın “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal instrumental janr” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

12 yanvar 2022-ci il

"Vokal müəllimi özü bir həkimdir...-"Səbinə Əsədova:

Dünya musiqi mədəniyyətində azərbaycanlı musiqiçilərin, bəstəkarların, ifaçıların əvəzsiz xidmətləri vardır.

Opera sənəti tarixində də qadın ifaçılarımızın rolu danılmazdır.

Mezzo-soprano səs tembrinə malik Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, "Tərəqqi" medalı laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının baş müəllimi Səbinə Çingiz qızı Əsədova  vokal musiqimizi dünyada tanıdan istedadlı, sənətinin vurğunu olan qadın ifaçılarımızdandır.

 1. Səbinə xanım, səhv etmirəmsə ailədə Sizdən başqa da musiqiçilər var.

- Bəli, doğrudur. Babam xanəndə Eynulla Əsədov tanınmış muğam ifaçısı, atam  Çingiz Əsədov isə bariton səsə malik vokal ifaçısıdır.

2. Bu sənətə yiyələnərkən, kumiriniz var idimi?

- Təbii ki. Məsələn Yelena Obraztsova, Dalora Zajeki çox dinləyirəm. Onlar heyrətamiz mezzo-soprano səs tembrinə malik ifaçılardır.

 3. Sizə ən çox uğur, məşhurluq gətirən hansı opera tamaşası və harada olmuşdur?

- Xarici ölkələrdə maraqlı, yadda qalan çox  konsertlərim olub. Lakin opera tamaşası olaraq  İtaliyada Cupezze Verdinin "Riqoletto" operasından Maddalenanın obrazı və "Traviata" operasından Floranın obrazı mənə daha çox uğur gətirdiyini deyə bilərəm.

4. Bəs opera səhnəsində canlandırdığınız obrazlardan hansını özünüzə ruhən daha yaxın hiss edirsiniz?

- Xarakter olaraq, mən dramatik obrazları çox sevirəm. Misal üçün, Cuzeppe Verdinin "Trubadur" operasından Azuçena, "Aida" operasından Amneris, Ciakomo Puççininin "Plaş" operasından  Fruqola obrazlarını xarakter baxımından özümə daha yaxın hiss edirəm. Komik obrazlar da ifa etmişəm. Lakin yaş artdıqca insanda daha çox ciddi, dramatik obrazları canlandırmaq istəyi yaranır.

5. Səbinə xanım, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasında vokal sənətini tədris edirsiniz. Sizcə hansı daha çətindir? Bu sənəti tələbələrə öyrətmək, yoxsa ifa etmək?

- Deyərdim ki, hər ikisi. Həm səhnədə ifa etməyin, həm də vokal sənətini tədris etməyin öz çətinlikləri var. Vokal ifaçı  özünü nəzarətdə saxlamalı, çoxlu məşq etməli, daima səsi üzərində işləməlidir.   Yaş az da olsa, çox da olsa mütəmadi olaraq çalışmalısan. Bütün bu gərgin məşqlərdən sonra səhnədə uğurla çıxış etmək təbii ki, insanın özünə böyük zövq verir. Öyrətməyə gəldikdə isə tədris etməyi sevirəm. Belə hesab edirəm ki, vokal müəllimi özü bir həkimdir. Biz vokal imkanları baxımından çətinliyi olan tələbəyə  kömək etməliyik, onu bu çətinlikdən xilas etməliyik. Müxtəlif problemləri olan tələbələrlə işləmək, onları doğru istiqamətə yönəltmək yorucu proses olsa da, öyrətməkdən, tələbə ilə çətinliklər üzərində işləməkdən usanmıram. Çünki  tələbənin səhnədə parlaq çıxışı ilk növbədə müəllimin uğurudur.

6. Mən bir dəfə jurnalda məşhur musiqiçi haqqında oxuyarkən, onun "klassik musiqi artıq keçmişdə qalıb" ifadəsi diqqətimi çəkdi. Bəs Siz bu barədə nə deyə bilərsiniz?

- Xeyr, mən bu fikirlə qətiyyən razı deyiləm. Klassik musiqi heç vaxt keçmişdə qalmayıb, qala da bilməz, o, hər zaman aktualdır. İllər, əsrlər keçsə də müasir dövrün bəstəkarları, musiqiçiləri,  ifaçıları hər zaman klassik musiqiyə istinad edirlər.

7. Ümumiyyətlə hal-hazırda klassik musiqinin təbliği, gənclərin ona münasibəti Sizi qane edirmi?

- Hesab edirəm ki, indi gənclərə maraqlı olacaq  yeni layihələr hazırlanmalı, zəngin proqrama malik konsertlər təşkil olunmalıdır. Təkcə əsər oxuyub, səhnədə  ifa etməklə yaxşı təcrübə əldə etmək olmaz. Eyni zamanda vəhdət şəklində dirijorla, rejissorla  işləyib, orkestrla ifa edərək böyük təcrübə əldə edə və imkanlarını genişləndirmək mümkündür.

Həmçinin ustad dərslər təşkil etmək lazımdır, çünki ayrı-ayrı peşəkarlardan tələbələr yeni nələrsə öyrənə bilirlər.

8. Siz təzəlikcə Astanadan qastrol səfərindən qayıtmısınız. Bu səfər haqqında təəssüratlarınızı bizimlə bölüşərdiniz.

- Bu qastrol səfər "İpək yolu" festivalı çərçivəsində baş tutdu.  Təxminən 2 aya qədər davam edən bu festivalda "Turandot", "Yevgeni Onegin" operaları səhnəyə qoyulmuşdu. Mən isə qala konsertə dəvət olunmuşdum, çox maraqlı konsert keçirildi. Təəssüratlarım çox gözəldir. Deyə bilərəm ki,  əzəmətli teatr, möhtəşəm orkestr,  istedadlı dirijor və kollektiv, maraqlı rejissor işi, müasir səhnə quruluşu-hər şey mükəmməl idi. Bir sözlə, belə musiqiçilərlə bir səhnəni bölüşmək çox xoş idi.

Səbinə xanım, təşəkkür edirəm!

  

OFELİYA İSGƏNDƏROVA

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat katibi, musiqişünas

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı