• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

    İzahat vərəqəsi

     

    Təqdim olunan proqram doktorantura və dissertantura şö­bə­si­nin ixtisas fənnləri üzrə imtahanları üçün hazırlanmışdır. “Musiqi ta­rixi, “Musiqi nəzəriyyəsi”, “Azərbaycan ənənəvi mu­siqisi və müa­sir texnologiyalar”, eləcə də “Musiqi pedaqogikası” və “Ümumi pe-da­qogika” fənnləri üzrə proqram, ali musiqi tədris ocaqlarının tədris pla­nı əsasında yaranmışdır.

    Proqramın “Musiqi tarixi” bölməsinə qədim zamanlardan baş­la­yaraq müasir dövrə qədər Avropa, rus və Azərbaycan musiqi mə­də­niyyəti, bəstəkarların yaradıcılığı ilə bağlı mövzular daxil edil­miş­dir.

    “Musiqi nəzəriyyəsi” kursu “Solfecio”, “Harmoniya”, “Mu­si­qi əsərlərinin nəzəri təhlili“, “Polifoniya” fənnləri üzərində qu­rul­muş­dur. Burada müxtəlif əsrlərin, o cümlədən XX əsrin tamamilə yeni qanunauyğunluqları, məqam və harmonik konsepsiyalar öz ək­si­ni tapır. Belə mövzular sırasına müasir yazı bəstəkar teknikaları və yeni modallıq, seriyalıq, mikroxromatika, polifonika ilə bağlı sual­lar daxildir.

    “Azərbaycan ənənəvi mu­siqisi və müasir texnologiyalar” kur­su isə “Azərbaycan xalq musiqi yaradıcılığı”, “Azərbaycan xalq mu­siqisinin əsasları”, “Muğam sənəti”, “Aşıq sənəti”, “Etno­mu­si­qi­şü­naslıq” fənnləri ilə bağlıdır. Azərbaycan xalqının tükənməz sər­və­ti olan musiqi folkloru, zəngin aşıq yaradıcılığı və muğam sənəti bu bölmədə əsas götürülür.

    Proqramda ümumi və musiqi pedaqogika kursuda nəzərə alı­nıb­dır. Suallar müasir dövrdə pedaqogika sahəsində aparılan təd­qi­qat­lara və qabaqcıl pedaqoji təcrübə əsasında tərtib edilmişdir. Bu­ra­da pedaqogika tarixinin məsələləri, elmi pedaqoji tədqiqatların metodları, pedaqogikanın ümumi əsasları və qanunauyğunluqları, həm də musiqi tədrisi metodikası, musiqinin təlim və tədris nə­zə­riy­yə­si, onların əsas qanunauyğunluqları nəzərdə tutulur.

    İxtisas fənnləri üzrə imtahan sualları musiqi sənətinin müx­tə­lif sahələrinin vacib məqamları ilə bağlıdır və yüksək səviyyəli mü-tə­xəssislərin hazırlanmasına xidmət edir.