İxtisas imtahanının proqram tələbləri
İxtisas imtahanında abituriyent proqramı ifa etməli, peşəkarlıq və ifaçılıq qabiliyyətini nümayiş etdirməlidir. İfa edilən proqramın ümumi səslənmə müddəti 15-25 dəqiqə olmalıdır. Orkestr alətləri üzrə proqram konsertmeysterin müşayiəti ilə ifa edilməli və abituriyent imtahana gələrkən ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidir.
İxtisas imtahanında ifa ediləcək təxmini repertuar nümunələri:
Fortepiano aləti üzrə
1. Polifonik əsər – İ.S.Baxın “Yaxşı temperasiyalı klavir” (I və II cilddən) və ya D.Şostakoviç “24 prelüd və fuqa” silsiləsindən prelüd və fuqa.
2. Klassik sonatanın (Y.Haydn, V.A.Motsart, L.V.Bethoven) I və ya II, III hissələri, yaxud, klassik üslubda bəstələnmiş variasiyalar
3. Bir virtuoz konsert etüdü (Şopen op.10, op 25, F.List “Yüksək ifaçılıq sənətkarlığı etüdləri”, 3 Konsert etüd, Paqanini mövzusunda etüdlər, S.Raxmaninov op.33, op.39 , A.Skryabin op.8, op.42, op.65 və s.)
4. Özündə virtuozluq elementlərini əks etdirən irihəcmli əsər
F.Şubert- Sonatalar, 4 Ekspromt op 142, 4 Ekspromt op.90, 6 “Musiqili an” və s.
R.Şuman - “Fantastik novellettalar” op.21, “Abeqq mövzularına variasiyalar” op.1 , “Uşaq səhnələri” op.15, “Kəpənəklər” op.2, “İntermesso” op.4, “Sonata” op.11, .”Fantastik pyeslər” op.12 və s.
F.Şopen – 4 Ballada, 4 Skerso, Polonezlər op.22, op.26, op.53,op.40 və s.
Ekspromtlar op.66, op.36 və s.
Barkarola op.60, Fantaziya op.49, Tarantella op.43 və s.
İ.Brams-2 Rapsodiya op.79, R.Şuman mövzusuna variasiya, 2 Ballada op.79, 4 Ballada op.10, 3 İntermesso op.117, 3 Sonata op.1,2,5 və s.
F.List – “Macar rapsodiyaları”, 2 Ballada, “Mefisto vals”, “Səyahət illəri” məcmuəsindən pyeslər və s.
E.Qriq-Sonata op.7, Lirik pyeslər, op.12, op.57, op.62, op.68
K.Debüssi-“Berqama suitası”, “Obrazlar”(birinci dəftər) “3 Estamp”.
M.Ravel-Sonatina, “Əkslər”, “Gecə qasparı”,6 pyes və s.
P.İ.Çaykovski-“Vals-kapris”, “Vals-skerso”, “Kapriççio”, 3 pyes op.9, 2 pyes op.10. “Dumka”, “Sonatalar” və s.
A.Skryabin- Sonatalar, 2 poem op.69, 2 poem op.44, 3 Noktürn op 5, op.9 və s.
S.Prokofyev-Sonatalar, 4 pyes op.3, 4 pyes op.4, 10 pyes op.12, “Ötəri anlar” op.22 və s.
5. Azərbaycan bəstəkarının əsəri
Q.Qarayev- “24 Prelüd” , Sonatina, “İnsan məskən salır”, “Çar kəndinin heykəli” musiqili şəkil və s.
F.Əmirov-“Romantik sonata”, Fortepiano üçün variasiyalar, 2 Ekspromt, 12 Miniatür.
C.Hacıyev-“Ballada”,pyeslər və s.
E.Nəzirova-Prelüdlər, pyeslər və s.
A.Məlikov-3 Prelüd, “Ötəri anlar” və s.
A.Bəbirov-“Prelüd-Skerso” və s.
M.Mirzəyev – Konsert-Skerso, pyeslər və s.
İ.Abdullayev-Pyeslər
C.Allahverdiyev-Fortepiano üçün əsərlər
V.Allahverdiyev- Fortepiano üçün əsərlər və s.
İnstrumental ifaçılıq (fortepiano) fakültəsi qabiliyyət imtahanı üçün nümunə
1. İ.S.Bax “Yaxşı temperasiyalı klavir” I cild Prelüd və fuqa f- moll
2. A.Mosart Sonata №8 a-moll K.310
3. Raxmaninov Etüd-şəkillər №3 es-moll op.33
4. Şopen Skerso b- moll, op.31№2.
5. Hacıyev Ballada