• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyul 2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təntənəli konsert keçirildi.

    1 iyul 2025-ci il tarixində Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının tələbələrinin “Fortepiano ansamblı” fənni üzrə konserti baş tutdu.

    Konsertdə istedadlı tələbələr:

    Banu Tağıyeva, Nigar Hüseynli, Jalə Qədirzadə, Dilarə İbrahimova, Daler Odinaev, Röya Hüseynova, Xəlil Mütəllibov, Leyla Tağıyeva, Nigar Novruzova, Fatimə Hüseynova, Fatimə Əlizadə, Ayan Həsənova, Fatimə Əsgərova, Nigar Vəlizadə, Aytac Əlizadə, Nəriman Məsimov, İlqarə Talıbova, Mədinə Qurbanova müvəffəqiyyətlə çıxış etdilər.

    Zəngin konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa ölkələrinin əsərlərindən ibarət musiqi inciləri dinləyicilərə təqdim olundu.

    Konsert tədbiri tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqış sədaları altında başa çatdı.