14 mart 2023-cü il
14 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə YAP təşkilatının sədri Fəlsəfə elmləri doktoru, BMA-nın "Azərbaycan Ənənəvi Musiqisi və Müasir Texnalogiyalar" kafedrasının professoru Mina Hacıyeva başda olmaqla, baş müəllim Lalə Atakişiyeva və fəal bakalavr, magistr tələbələri Narkomaniyaya qarşı marafonda iştirak etdilər.
14 mart 2023-cü il
14 mart 2023-cü il tarixində Meksika Respublikasının Bakıdakı səlahiyyətli səfiri Maria Victoria Romero Caballeronun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
1 mart 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İxtisasartırma keçən Qazaxıstan İncəsənət Universitetinin ll kurs magistr tələbəsi Şirin Şavkatkizi Axmedjanovanın elmi ixtisasartırma müddəti uğurla başa çatdı.
25 fevral 2023-cü il
25 fevral 2023-cü ildə ATGTİ-nin təşkilatçılığı ilə Dəniz Kənarı bulvar ərazisidə 26 fevral Xocalı soyqırımına həsr olunmuş flashmob keçirilmişdir.
25 fevral 2023-cü il
25 fevral 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət edərək, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsini yad etdilər.
24 fevral 2023-cü il
24 fevral 2023-cü il tarixində "Fairmont Baku" otelində British Councilun təşkil etdiyi Creative Spark lahiyəsinin yekun tədbiri keçirildi.
17 fevral 2023-cü il
17 fevral 2023-cü il tarixində Venesuelanın Bakıdakı səlahiyyətli səfiri Cristopher Alberto Martiner Berroteranın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
16 fevral 2023-cü il
16 fevral 2023-cü il tarixində Macarıstan səfirliyinin mədəniyyət və təhsil üzrə birinci katibi xanım Monika Felföldinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəsmi ziyarəti olmuşdur.
16 fevral 2023-cü il
Qazaxıstan Milli İncəsənət Universitetinin 2-ci kurs magistr tələbəsi Şirin Şavkatkizi Axmedjanova 16 fevral 2023-cü il tarixindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Dirijorluq" kafedrasında ixtisasartırma dərsləri keçir.
3 fevral 2023-cü il
Rauf Bəhmənli “QARA KÜRD ZƏRB MUĞAMI” adlı yeni kitabı derc olunub.
11 fevral 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyasına qoşuldu.
3 fevral 2023-cü il
3 fevral 2023-cü il tarixində BMA-nın "Dirijorluq" kafedrasının Magistratura pilləsini uğurla bitirən tələbələrin Dövlət İmtahanı
26 yanvar 2023-cü il
26 yanvar 2023-cü il tarixində Nəsimi Rayon İcra Hakimiyyətində ümumilli lider "Heydər Əliyev ili" çərçivəsində 02 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirildi.
20 yanvar 2023-cü il
20 Yanvar 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Maestoso” tələbə klubu tərəfindən online formatda “Microsoft teams” proqramında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar- Qanlı gecə” adlı anım tədbiri keçirildi.
13 yanvar 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 2019-cu ildən etibarən British Council’ın təşkilatçılığı ilə həyata keçirilən Creative Spark layihəsi uğurla tamamlanmışdır.
10 yanvar 2023-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix–nəzəriyyə fakültəsində təhsil alan tələbələrin təşəbbüsü ilə hazırlanan, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor, rektor F.Ş.Bədəlbəylinin yaradıcı fəaliyyətinə həsr olunmuş video-çarxlar.
9 yanvar 2023-cü il
9 yanvar 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Karyera Mərkəzinin təşəbbüsü və BMA-nın "Təcrübə və məzunlarla iş" şöbəsinin müdiri Anar Seyidovun təşkilatçılığı ilə "Job Türkiyə" xaricdə iş agentliyinin əməkdaşları tərəfindən BMA-nın tələbələriylə görüş keçirildi.
23 dekabr 2022-ci il
23.12.2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında “Azərbaycan son 19 ildə” adlı tədbir keçirildi.
22 dekabr 2022-ci il
Fəlsəfə elmləri doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Azərbaycan Ənənəvi Musiqisi və Müasir Texnologiyalar" kafedrasının professoru Mina Hacıyevanın rəhbərliyi altında 2022-ci ildə Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində BMA-nın magistr tələbələri Respublika, Beynəlxalq müsabiqələr laureatı Gülnaz Eldarlı və Könül Mütəllimova "Musiqidə multikulturalizm", "Azərbaycanda multikulturalizm siyasəti və az saylı xalqlar" mövzuları üzrə təqdimatla çıxış etmişlər.
19 dekabr 2022-ci il
19 dekabr 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında keçirilən növbəti ağacəkmə aksiyasına Azərbaycanda təhsil alan əcnəbi tələbələrin iştirakının təşkili çərçivəsində Elm və Təhsil Nazirliyi də qoşulub.
© Copyright 2026 Bakı Musiqi Akademiyası
