• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 noyabr 2023-cü il

    13 oktyabr 2023-cü il tarixindən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının II kurs magistr tələbələrinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçdikləri elmi-ixtisasartırmaları davam etməkdədir.

    Bu günlər ərzində onlar Respublikamızın tanınmış musiqiçiləri və pedaqoqları ilə tanış olub, onlarla görüşmüşlər.

    Magistr tələbələr elmi rəhbərləri olan Əməkdar incəsənət xadimi, professor Mehriban Əhmədova, professor Fəridə Əhmədbəyova, Əməkdar müəllim, professor Leyla Məmmədova, Əməkdar müəllim, dosent Aqil Qafulov, BMA-nın Əlavə təhsil şöbəsinin müdiri dosent Nərgiz Hüseynova, dosent İnna Pazıçeva, dosent Leyla Zöhrabova və dosent Züleyxa Abdullanın dərslərində iştirak edərək, təcrübələrindən bəhrələnmişlər. 

    Onlar eləcə də asudə vaxtlarında dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyində, Heydər Əliyev Mərkəzində, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi, Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbində də olmuşlar.