• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 fevral  2024-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bir qrup müəllimləri - N.Q.Jiqanov adına Kazan Dövlət Konservatoriyasında  ixtisasartırma(onlayn) kurslarında iştirak etmişlər. 

    05 fevral 2024-cü il tarixində ixtisasartırma  kursunu keçən müəllimlərə şəhadətnamələrinin təqdimatı keçirildi.

     Təqdimatda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar İncəsənət Xadimi, Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, əlavə təhsil şöbəsinin müdiri, dosent  Nərgiz Hüseynova iştirak etdilər. 

    N.Quliyeva müəllimləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzuladı. G.Abdullazadə ixtisasartırma haqda  müsbət fikirlərlə çıxış etdi.

    Bu kurslarda iştirak edən professor BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova, baş müəllimlər Alyona İnyakina və Zərif Kərimova öz təəssüratlarını bölüşdülər.

    Nərminə xanım və Gülnaz xanım Nərgiz Hüseynovanın ixtisasartırma kurslarının keçirilməsindəki zəhmətini təqdir etdilər.

    Nərgiz xanım da öz növbəsində təşkilatı işlərdə kömək və dəstəyə görə rəhbərliyə öz minnətdarlığını bildirdi.