1 fevral 2024-cü il
Nuridə İsmayılzadə -65
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika ” elmi - tədqiqat laboratoriyanın müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalı mükafatçısı Nuridə İsmayılzadənin bu gün yubileyidir.
Nuridə İsmayılzadə XX əsr Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi, neftxuda İsa Bəy Hacınskinin nəticəsidir. 1 fevral 1959-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1966-1977-ci illərdə dövrü üçün musiqi məktəbləri içərisində nüfuzu ilə seçilən Bülbül adına orta ixtisas musiqi məktəbində Namiq Sultanovun sinfində, daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına fortepiano ixtisası üzrə dövrünün ən nüfuzlu pedaqoqlarından olan professor Rafik Quliyevin , müasir musiqidən Firəngiz Əlizadənin, musiqi tarixindən İ.Abezqauz və L.Karaqiçevanın sinfində təhsil almışdır və fərqlənmə diplomu ilə bitirmişdir.
1983-1998 Bakı Məktəbəqədər Pedaqoji Texnikumu; 2001-ci ildən Ü.Hacıbəyli adına BMA-nın I № elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2007-ci ildən böyük, 2012-2017-ci illərdə “Musiqi tarixi” kafedrasında dosent, 2017-ci ildən baş elmi işçi, 07.12 2018-ci ildən “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika ” elmi - tədqiqat laboratoriyanın müdiri vəzifəsində çalışır.
2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edib, 2010-cu ildə AAK tərəfindən dosent elmi adını almışdır.
Nuridə İsmayılzadə bir sıra dərs vəsaitlərinin, monoqrafiyaların müəllifidir: “ Из истории азербайджанской музыки.Традиции меценатства и просветительства” dərs vəsaiti, “Rus musiqi tarixi” dərs vəsaiti, “Müasirlərimiz:Həsən Ağa Adıgözəlzadə” monoqrafiya, “Азербайджано-Российские музыкальные связи в ХХ веке” monoqrafiya, “На вершине науки Гюльназ Абдуллазаде” monoqrafiya, “Böyük maarifçi – Əfrasiyab Bədəlbəyli” dərs vəsaiti, Azərbaycan musiqi tarixində maarifçilik tamayülləri monoqrafiya.
Qeyd olunan elmi tədqiqatların hər biri böyük zəhnət, sənətinə olan sonsuz fədakarlıq və sevgi bahasına ərsəyə gəlmişlər.
Hal-hazırda Nuridə İsmayılzadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasında müdir vəzifəsində çalışır. Nuridə xanım görülən işlərin daha da ictimailaşməsinə, yeni elmi tərəqqi və istiqamətlərə can atır. Nuridə xanımın ilk növbədə özünə, daha sonra elmi əməkdaşlara qarşı tələbkarlığı ümumi işin inkişafına dəlalət edir.
Əməkdaşların elmi bazasından istifafə edərək musiqimizin təbliğı və inkişafına verdiyi tövhə, müxtəlif lahiyələr nəticəsində laboratoriyanın işinin geniş miqyaslı, fundamental araşdırmalar səviyyəsinə çatdırmaq cəhdidir. Elmi laboratoriya onun rəhbərləyi altında bir sıra yadda qalan nailiyyətlərə imza atmışdır. Laboratoriyamız, bu gün, möhtəşəm proyektlərlə bağlı aparılan tədqiqatlarda, Bakıda, Qəbələdə, Xaçmazda, Qubada, Şamaxıda keçirilmiş uğurlu seminar və konsertlər, musiqimizin təbliği ilə yanaşı maarifçilik missiyasını daşıyaraq sözün əsl mənasında qarşıda qoyulan bütün tələbləri yerinə yetirir. N.İsmayılzadə Azərbayacan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin 3 Fəxri Fərmanı, Diasporlarla iş üzrə Dövlət Komitəsinin Təşəkürnaməsi və səmərəli elmi fəaliyyətinə görə Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Laboratoriyanın bütün əməkdaşları Nuridə xanımı 65 illik yubileyi münasibəti ilə təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzu edirik.