• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 yanvar  2024-cü il

    30 yanvar 2024-cü il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, viola ifaçısı, Respublika və Beynəlxalq müsabiqələr laureatı Humay Hacızadə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif  müsabiqə və festivallarında qazandığı uğurlara görə 02 fevral “Gənclər günü” münasibəti ilə təltif olundular.

    Tədbirə BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, tanınmış pianoçu Yeganə Axundova təşrif buyurmuşdur. Həmçinin BMA-nın tələbələri Nərmin Rəfiyeva, Aytən Müslümova, Dəryanur Məmmədova, Fidan Quluzadə, Gülsarə Bağırova,  Nigar Əliyeva, Fəxriyyə Bayramova, Fatimə Məmmədova tədbirdə iştirak etdilər.