15 mart 2024-cü il
15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Mərkəzdə müalicə alan uşaqlar üçün “Dovşanın ad günü” adlı musiqili tamaşa və “Novruz şənliyi” nümayiş olundu.
Daha sonra Mərkəzdə stasionar müalicə alan uşaqlara hədiyyələr təqdim olundu.
Bu sevinci onlara yaşatdıqları üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə, Şuşa Dövlət Musiqili Dram Teatrının rəhbəri və aktyor heyətinə dərin təşəkkürünü bildirdi.