İfaçılıq fakültəsinin vəzifəsi solist, ansambl və orkestr ifaçısı, pedaqoq kimi müstəqil peşə fəaliyyəti göstərmək üçün zəruri olan bədii musiqi ifaçılığı ustalığına malik, yüksək səviyyəli ixtisasçılar yetişdirməkdir.
İfaçılıq fakültəsində fəaliyyət göstərən kafedralarda dünya şöhrətli musiqiçilər öz biliklərini yeni kadrların yetişdirməsinə yönəldiblər.
Fakültənin əsas ixtisas buraxılış kafedralarında («Simli alətlər», «Nəfəs və zərb alətləri», «Solo oxuma») 1 SSRİ Xalq artisti, 6 Azərbaycan Respublikasının Xalq artisti, 15 professor və 5 prezident təqaüdçüsü fəaliyyət göstərir. Onlardan Şöhrət ordenli, Xalq artisti, professorlar Fidan Qasımova, Xuraman Qasımova, Şəfiqə Məmmədova, Xalq artisti, professorlar Yusif Axundzadə, Zəhra Quliyeva, Şəhla İbrahimova , Əməkdar injəsənət xadimi, professorlar Nəzmiyyə Abbaszadə, Yaşar İmanov və başqalarının adlarını çəkmək olar.
Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsində ənənəvi olaraq məşhur ifaçı və pedaqoqlar fəaliyyət göstəriblər: Azərbaycan Respublikasının xalq artistləri Sabir Əliyev, Azad Əliyev, Azər Rzayev, Əməkdar İncəsənət xadimi, professor Tahir Atakişiyev, elmlər doktoru, professor Elxan Babayev, Əməkdar artist, professor Aidə Abdullayeva, professor Azər Abdullayev, Fəlsəfə elmləri doktoru, Əməkdar artist Ələkbər İsgəndərov və başqalarının adlarını qeyd etmək olar.
İfaçılıq fakültəsində yüksək səviyyəli peşəkar musiqiçilərin fəal əməyi nəticəsində son illər bizim tələbələr müxtəlif nüfuzlu beynəlxalq müsabiqə və festivallarda müvəffəqiyyətlə iştirak edərək Azərbaycanın adını yüksək tuturlar. Bakı Musiqi akademiyasının çoxşaxəli beynəlxalq layihələrində hər zaman fakültənin tələbələri fəal iştirak edir, MDB, Türksoy, Polşa, Norveç və başqa gənclər orkestrlərinin tərkibində layiqincə Akademiyanı təmsil edirlər. Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin tələbələrinin beynəlxalq layihələrdə uğurlu iştirakı bizim professor-müəllim heyətinin yüksək professional səviyyəsinin təsdiqidir.
İfaçılıq fakültəsində 5 kafedra fəaliyyət göstərir: «Simli alətlər» (müdiri-Xalq artisti, professor Ş.İbrahimova), «Solo oxuma»(müdiri-Xalq artisti, professor X.Qasımova), «Nəfəs və zərb alətləri»(müdiri-Xalq artisti, professor Y.Axundzadə), «Kamera ansamblı» (müdiri-professor K.Neymanova), «Humanitar fənlər»(müdiri-Filologiya üzrə elmlər doktoru, professor T.Quliyev). Tələbələrin dolğun, hərtərəfli inkişafında adı çəkilən 5 kafedranın birgə, qarşılıqlı əməyi müstəsna rol oynayır.
İfaçılıq fakültəsində Elmi Şura səmərəli fəaliyyət göstərir. Sədr “İfaçılıq fakültəsi”nin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə Elmi Şuranın işini uğurla həyata keçirir.
Tarix-nəzəriyyə fakultəsinin vəzifəsi musiqişünas, xormeyster-dirijor, bəstəkar, pedaqoq kimi müstəqil peşə fəaliyyəti göstərmək üçün zəruri olan xüsusi istedadına malik, yüksək səviyyəli ixtisasçılar yetişdirməkdir.
Tarix-nəzəriyyə fakultəsində fəaliyyət göstərən kafedralarda dünya şöhrətli musiqiçilər öz biliklərini yeni kadrların yetişdirməsinə yönəldiblər.
Fakültənin əsas ixtisas buraxılış kafedralarında («Bəstəkarlıq», «Xor dirijorluq», «Musiqi tarixi», “Musiqi nəzəriyyəsi”, “Ənənəvi musiqisi və müasir texnologiyalari”) 1 SSR-i xalq artisti, 5 xalq artisti, 15 Əməkdar incəsənət xadimi, 2 Əməkdar artisti, 7 Əmərdar müəllim, 21 professor və bunlardan 2 prezident təqaüdçüsü fəaliyyət göstərir. Onlardan İstiqlal ordenli, Heydər Əliyev ordenli, Dövlət mükafatının laureatı, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Arif Məlikov, Rusiya Pedagoji və Sosial elmlər Akademiyasının Akademiki, Xalq artisti, professor Oktay Rəcəbov, Xalq artisti, professor Ğülbacı İmanova, Xalq artisti, professor Cavanşir Cəfərov, Xalq artisti, professor Yalçın Adigözəlov, Əməkdar injəsənət xadimi, professor Aydın Əzimov, Əməkdar İncəsənət Xadimi, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət Xadimi,, professor Elnarə Dadaşeva, Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva, Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədov və başqalarının adını çəkmək olar.
Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsində ənənəvi olaraq məşhur bəstəkar, dirijor, musiqişünas pedaqoqlar fəaliyyət göstəriblər: SSRİ və Azərbaycan Respublikasının xalq artistləri Qara Qarayev, Vasif Adıgözəlov, Xayyam Mirzazadə, Fərəc Qarayev, Frəngiz Əlizadə, Musa Mirzəyev, Akşin Əlizadə, İsmayıl Hacıbəyov, Cahangir Cahangirov, Seyid Rüstəmov, Suleyman Ələsgərov, Ramiz Zöhrabov, Ramiz Mirişli, Əməkdar İncəsənət xadimi, professor Elmira Abasova, Əməkdar İncəsənət xadimi, professor Aida Tağızadə, elmlər doktoru, professor Elxan Babayev, professor Nərminə Əliyeva, Əməkdar İncəsənət xadimi, professor Bilqeyis Məmmədova, Əməkdar İncəsənət xadimi, professor L.Karaqiçeva, sənətşünaslıq namizədi, professor İ.Abezqauz, Əməkdar İncəsənət xadimi, professor Laman Atakişiyeva və başqalarının adlarını qeyd etmək olar.
Tarix-nəzəriyyə fakültəsində yüksək səviyyəli peşəkar professor-musiqişünaslarin fəal əməyi nəticəsində son illər bizim müəllimlər və tələbələrimiz müxtəlif nüfuzlu beynəlxalq konfrans, simpozium və festivallarda müvəffəqiyyətlə iştirak edərək Azərbaycanın adını yüksək tuturlar.
Tarix-nəzəriyyə fakültəsində beş kafedra fəaliyyət göstərir: «Bəstəkarlıq» (müdiri-Xalq artisti, professor A.Məlikov), «Xor dirijorluğu» (müdiri-Xalq artisti, professor G.İmanova), «Musiqi tarixi»(müdiri- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ü.İmanova), «Musiqi nəzəriyyəsi»(müdiri- Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor S.Seyidova), «Ənənəvi musiqi və müasir teönologiyalari» (müdiri – Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə elmlər doktoru, professor T.Məmmədov). Tələbələrin dolğun, hərtərəfli inkişafında adı çəkilən beş kafedranın birgə, qarşılıqlı əməyi müstəsna rol oynayır.
Tarix-nəzəriyyə fakültəsində Elmi Şura səmərəli fəaliyyət göstərir. Tarix-nəzəriyyə fakültəsinin dekanı, Sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova Elmi Şuranın sədirliyini uğurla həyata keçirir.
© Copyright 2024 Bakı Musiqi Akademiyası