Ümumi fortepiano kafedrası 1952-ci ildə yaradılmışdır.(Ondan öncə ixtisas f-no kafedrasının tərkibində idi.)
Təzə yaranan kafedraya rəhbərlik ixtisas kafedrasının baş müəllimi E.İ.Perevertayliya həvalə edilmişdir.(1952-1968 illər) Sonrakı illərdə kafedraya rəhbərlik etmişdilər: dosent İ.Q.Plyam (1968-1973 və 1991-1993-cü illər),professor əvəzi Z..Cəfərova (1973-1983 cü illər), dosent F.T.Quliyeva, (1983-1991 ci illər), sənətşünaslıq namizədi, A.P əməkdar müəllimi,professor M.X.Dilbazi(1993 cü ildən indiyə kimi).İlk öncə kafedranın tərkibi 10 nəfərdən ibarət idi.
Tarix-nəzəriyyə, bəstəkarlıq və ifaçılıq fakültələrinin genişlənməsi kafedranın tərkibinin artması ilə nəticələnir. (38 nəfər)
1962-1993-cü ilə kimi kafedranın müəllimləri Xalq Konservatoriyasında təmənnasız fortepiano dərsləri keçirmişlər.
Uşaqların estetik tərbiyəsi üçün 1968-1993- cü illərdə U.T Plyamın rəhbərliyi ilə kafedranın müəllim və tələbələri Bakının №2 Uşaq evində silsılə konsertlər və məruzələr keçmişdilər. 1981-1993-cü illərdə M.Dilbazi Azərbaycanın bir çox şəhər və rayonlarında tələbələrin iştirakı ilə leksiya konsertlər keçirmişdir.Bu leksiya konsertlər yerli qəzetlərdə dəfələrlə qeyd edilmişdir və iştirakçılar bir çox Fəxri Fərmanlarla da təltif olunmuşdur.1994-cü ildə M.Dilbazinin təşəbbüsü və rəhbərliyi ilə „Müxtəlıf ixtisaslı peşəkar musiqiçilərin formalaşmasında ümumi fortepiano fənninin rolu və əhəmiyyəti“ mövzusunda І Umumrespublika elmi-metodiki konfrans keçirilmişdir.
Bu konfransda ümumi fortepiano kursunun aktual problemləri araşdırılmışdır və məruzələr konfrans iştirakçılarının büyük marağına səbəb olmuşdur.
Hal-hazırda kafedrada 22 nəfər çalışır. Onlardan 5 - Əməkdar müəllim, 4 -Sənətşünaslıq namizədi, 4-Professor, 9-Dosent, 8-Baş müəllim,1- Müəllim çalışır.
Fortepiano kafedrası ənənəyə görə ildə 2 dəfə dekabr may aylarında böyük zalda hesabat konserti keçirir. BMA-nın 90 illiyinə, kafedranın 60 illiyinə və Şopenin yubileyinə həsr olunmuş müxtəlif səpkili konsertlər keçirilib.
Orqan alətinin yaranmasının kökləri çox qədim zamanlara gedərək Şərq dünyasıyla bağlı olmuşdur. Maraqlıdır ki, bu alətin professional məktəb kimi formalaşması və inkişafı məhz Azərbaycanda baş verir.
Orqan ifaçılıq sənətinin təşəkkülü azərbaycanlı xanımı, professor, Əməkdar incəsənət xadimi Zəhra Cəfərovanın adıyla bağlıdır. 1961-ci ildən Üzeyir Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriyasının /indiki BMA/ fortepiano şöbəsi nəzdində orqan sinfi fəaliyyətə başlayır. Konservatoriyanın rektoru, prof. F.Bədəlbəylinin qərarıyla, artıq 1995-ci ildən “Orqan və klavesin” kafedrası kimi yeni həyata vəsiqə alır. Zəhra xanımın təşəbbüsü ilə artıq 1961-ci ildə konservatoriyada “Lahmann” firmasının kiçik tədris orqanı, daha sonra 1964-cü ildə ADK-nın Böyük zalında “Eule-Bautzen” firmasının istehsalı olan konsert orqanı, 1990-cı ildə isə Kamera və orqan musiqi zalında “Rieqer-Closs” firmasının istehsalı olan konsert orqanı quraşdırılır. Məhz bu illərdən başlayaraq Azərbaycan bəstəkarlarının bu alət üçün bir-birindən seçilən özünəməxsus əsərləri yazılır.
Zəhra xanım ifaçı və istedadlı bir pedaqoq olmuşdur. Onun yetirmələri, professorlar - Tahirə Yaqubova, Rasimə Babayeva, dosentlər - Nelli Abutidze, hal-hazırda “Orqan və klavesin” kafedrasının özülünü təşkil edirlər.
Orqan ifaçılıq sənətini yeni zirvələrə qaldırmış, bu sənətdə öz dəstxətti, ifa tərzi, alətə yanaşmasiyla seçilən parlaq ifaçı, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, prof. Tahirə xanım Yaqubova artıq 15 ildir ki, bu kafedraya rəhbərlik edir. 1971-ci ildə o, ölkəmizi xaricdə təmsil edən ilk azərbaycanlı orqan ifaçısı olur. 1985-1993-cü illər ərzində o, “Soyuzkonsert” adlı təşkilatda solo ifaçı kimi fəaliyyət göstərir. O 30 –da çox elmivə metodik işlərin, profqramların və dərs vəsaitlərin müəllifidir. Professor T.Yaqubovanınyetişdirmələrindən Respublika müsabiqələrin laureatının qeyd etmək lazımdır, bir sıra məzunları Azərbayjanda və xarijdə uğurla çalışırlar.
Sevərək seçdiyi, orqan alətinin vurğunu olan Tahirə xanim daima axtarışdadır.O,orqan ifaçılığı, onun tarixilə bağlı onlarca tədqiqat əsərlərinin müəllifidir. Son illərdəərsəyə gətirdiyi “Alətlər kralı” adlı fundamental işi, “Q.Qarayevin seçilmişəsərlərinin orqan üçün köçürmələri” musiqi mədəniyyətimizə böyük töhfədir. Bir ictimai xadim və təşkilatçılıq qabiliyyətinə malik olan Tahirə xanım bir çox maraqlı proyektlərin və konsertlərin müəllifi olmuş, onun təşəbbüsü ilə kafedrada orqan ifaçılıq sənətilə bağlı yeni fənnlər tədris edilməyə başlamış, Bülbül adına orta ixtisas muciqi məktəbi və BMA-nın nəzdində olan Məktəb-studiyada “Orqan və klavesin” sinfi açılır. 1996-cı ildə, ölkəmizdə ilk dəfə olaraq Azərbaycanın Birinci xanımı, “Azərbaycan Mədəniyyətinin Dostları” fondunun prezidenti Mehriban xanım Əliyevanın və “AMOK” şirkətinin dəstəyilə orqan ifaçılarının I Respublika müsabiqəsi keçirilir. T.Yaqubovanın təşəbbüsülə “SHEVRON”, “DEVON”, “CCİC” kimi xarici şirkətlərin maliyyə köməyilə 2002-ildə BMA-nın Böyük zalında yerləşən konsert orqanı, 2004-də sinifdə olan tədris orqanların bərpası olunur və yeni tədris alətləri, “Vis-kaunt” firmasının elektron orqanlarıəldə olunur.
İstedadlı ifaçı, özünəməxsus ifa tərzi və həssas səs duyumuyla seçilən Rasimə Babayeva kafedranın aparıcı müəllimlərindəndir. O, ADK-nın “fortepiano” və “orqan” ifaçılıq sinifləri üzrə bitirib P.İ.Çaykovski ad. Moskva Dövlət Konservatoriyasının aspirant-stajoru olaraq, orqan ifaçısı kimi L.Royzmanın sinfinə daxil olur. Rasimə xanım 1973-ildə M.Maqomayev ad. Az. Dövlət Filarmoniyasının daimi solisti, 1985 ildən “Soyuzkonsertin” solisti, 1991 ildən Bakida Kamera və orqan musiqi zalının açılışıyla oranın ilk solisti və keçirilən konsertlərin təşkilatçısı kimi fəaliyyət göstərir. Xarici ölkələrdə qastrol səfərlərində qazandığı nailiyyətləri arasında 2005 ildə Moskvada keçirilən V.Kikta ad. I Beynəlxalq mücabiqədə Fəxri fərmana layiq görülməsini qeyd etmək lazımdır. O, bir müəllim kimi də istedadlı ifaçılar yetişdirmişdir. Onların arasında müxtəlif müsabiqələrin qalibləri- N.Əliyeva, T.Kərimova /Respublika müsabiqəsi/, S.Bəylərbəyova /Beynəlxalq müsabiqə laureatı və xüsusi diplom alan/, R.Yusubovanın /Beynəlxalq müsabiqə diplomantı/ adlarını çəkmək lazımdır.
Kafedranın digər aparıcı, incə zövqə malik və ifa tərzilə seçilən ifaçı müəllimlərdən biri də pedaqoji elmlər namizədi, dosent Nelli Abutidzedir. Bir solist və Q.Qarayev ad. Azərbaycan Dövlət Orkestrilə birgə həm olkəmizdə, həm də xarici ölkələrdə müvəffəqiyyətlə təmsil edərək yüksək rəylərə nail olmuşdur. O, musiqi pedaqogikasında olan problemlərlə bağlı elmi işlərin və bir sıra işlərin müəllifidir.
2007 ildən kafedrada çalışan yeni nəsil müəllimləri arasında Zəkiyyə Qasimova /orqan ifaçılarının I Respublika müsabiqəsinin diplomantı/ eyni zamanda dissertasiya üzərində işləyir.
“Orqan və klavesin” kafedrasında çalışan müəllimlərdən Azərbaycan Əməkdar artisti, dosent Xurşud Abdullayeva azərbaycanın ilk professional klavesin ifaçısıdır. O, ölkəmizdə və onun kənarlarında-Vatikan, İngiltərə, Moskvada ölkəmizi yüksək səviyyədə təmsil edərək qədim musiqinin təbliğatçısı kimi unikal proyektin-qədim musiqi ansamblının təşkilatçısı və rəhbəridir. X.Abdullayeva 2001 ildən Azərbaycan Dövlət Kapellasının direktoru vəzifəsindəçalışır.
Kafedranın yarandığı gündən 2005 ilə qədər çalışan, hal-hazırda Almaniyada işləyən ifaçilardan biri də Azərbaycan Əməkdar artisti, istedadlı musiqiçi Rəna İsmaylova olmuşdur. ADK-nın fortepiano və orqan sinifləri üzrə bitirdikdən sonra Moskva konservatoriyasında L.Royzmanın sinfinə, orqan ifaçılığı üzrə assistent-stajor kimi daxil olur. O, bir çox Azərbaycan bəstəkarlarının orqan əsərlərinin yüksək zövqlə, ilk ifaçısı olmuşdur. Onun redaktorluğu altında ilk dəfə “Azərbaycan bəstəkarların orqan musiqisi” adlı 2 cildlik not məcmuəsi işıq üzü görmüşdür.
Bu kafedrada işləyən gənc nəsil müəllimlərindən, hal-hazırda Stokholmda fəaliyyət göstərən Novruzova Lalə və müqavilə əsasında Norveçdə işləyən Bəylərbəyova Səbinənin adlarını çəkmək olar.
Kafedranın müəllimlərinin - T.Yaqubovanın, R.Babayevanın , R.İsmayılovanın və X.Abdullayevanın disk yazıları, Radio və Televiziyanın fondundu layıqlı yerini tutur.