15 sentyabr 2022-ci il
15 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında l kurs tələbələri ilə görüş keçirilmişdir. Görüşdə BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, həmçinin dekanlar və kafedra müdirləri tələbələrlə ilə tanış olaraq, onlara yeni dərs ilində uğurlar arzu etdilər.
Daha sonra tədbirdə 12-13 sentyabr 2022-ci il tarixində erməni silahlı qüvvələrinin təxribatına qarşı ciddi müqavimət göstərmiş igid oğullarımızın qəhrəmanlıqlarından bəhs olunmuş və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.