• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “World Harmony” Beynəlxalq Müsabiqəsi

    İŞTİRAKÇI ANKETİ

    “WORLD HARMONY”  BEYNƏLXALQ MÜSABİQƏSİ

    M.MAQOMAYEV adına AZƏRBAYCAN DÖVLƏT AKADEMİK FİLARMONİYASININ 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ

                                

    ​

                  Üzeyir Hacıbəyli adına

                  Bakı Musiqi

                  Akademiyası

                                           “Harmoniya” Gürcü klassik və

                                              folklor musiqisinin inkişafı

                                                 birliyi

                                                      

                                                                              

     

     

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası «Harmoniya» Gürcü klassik musiqisi və folklorunun İnkişafı birliyi ilə birgə 2027-ci il martın 14-dən 20-dək gənc musiqi ifaçıları üçün Bakı ş. (Azərbaycan Respublikası) «World Harmony» Beynəlxalq müsabiqəsini keçirir.

     

    “WORLD HARMONY”  BEYNƏLXALQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ

    1. Klassik musiqinin və milli folklorun təbliği.

    2. Böyüməkdə olan nəslin fəal iştirakı və xüsusi istedadlı uşaqların aşkarlanması.

    3. Müsabiqədə 6 – 40 yaş kateqoriyası üzrə ifaçılar “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal”, “Akademik və milli xor kollektivləri”, “Ümumi fortepiano”, “Kamera ansamblı”, “Konsertmeyster ustalığı”, “Dirijorluq”, “Bəstəkarlıq” və “Musiqişünaslıq” nominasiyaları üzrə iştirak edə bilər.

     

    “WORLD HARMONY”  BEYNƏLXALQ MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ

     

    1. Müsabiqə 2027-ci il mart ayının 14-dən 20-dək keçirilir.

    2. Müsabiqə hər il müxtəlif ölkələrdə keçirilir.

    3. Müsabiqədə 6 – 40 yaş arası ifaçılar iştirak edə bilər.

    4. Qruplardan asılı olaraq müsabiqə I kateqoriya üzrə 1, II kateqoriya üzrə II, III və IV kateqoriyalar üzrə isə 3 mərhələdə keçirilir, hər iştirakçı diplom ilə təltif olunur.

    5. Hər bir ifa açıq şəkildə keçirilir.

    6. Müsabiqə Bakı şəhərində mart ayının 14-dən 20-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqisi zalında, musiqi məktəbində keçiriləcək.

    7. Qala konsert və mükafatlandırma Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək (20.03.2027).

    8. İxtisaslar üzrə solo nominasiyalarda əsərlər əzbər ifa olunmalıdır.

    9. Müsabiqədə iştirak ödənişlidir.

    MÜNSİFLƏR HEYƏTİ

    1. İştirakçıları nüfuzlu münsiflər heyəti qiymətləndirəcək.

    2. Münsiflər heyətinin tərkibi müsabiqə başlamazdan əvvəl elan ediləcək.

    3. Münsiflər heyəti bütün mükafatları verməmək və yaxud bölmək hüququna malikdir.

    4. Münsiflər heyətinin qərarı həlledicidir: şikayət edilə və təkrar müzakirə oluna bilməz.

    5. Münsiflər heyətinin ifanı saxlamaq səlahiyəti var.

    6. İştirakçıların say limiti ötsə seçim turu elan olunacaq.

    7. Münsiflər heyətinin iki turun əsərlərini I turda birləşdirmək və yaxud I turu onlayn keçirtmək səlahiyəti var.

     

     

    “WORLD HARMONY”  BEYNƏLXALQ MÜSABİQƏSİNİN TƏŞKİLAT KOMİTƏSİ

    1. Nərminə Quliyeva – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris məsələləri üzrə” prorektoru, pedaqoji elmlər namizədi, professor, Əməkdar müəllim, Azərbaycan Gürcüstan müsabiqəsinin təsisçisi və təşkilatçısı (fortepiano).

    2. Tsitsino Biçikaşvili – World Harmony" Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsinin təsisçisi (fortepiano).

    3. Rüstəm Şayxutdinov – Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun professoru, Beynəlxalq müsabiqələr laureatı, Rusiya (fortepiano).

    4. Deividas Staponkus – professor, Litva (vokal).

    5. Ala Bendoraitiene – professor, Litva (fortepiano).

    6. Yelena Canjalia – beynəlxalq müsabiqələrin üzvü (vokal).

    7. Diana Caiani – Gürcüstanın Əməkdar müəllimi (violin).

    8. Azamat Jeltirquzov- Qazaxıstan Respublikasının Əməkdar xadimi (vokal).

     

    MÜSABİQƏYƏ TƏQDİM OLUNACAQ SƏNƏDLƏR

     

    Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd olunan sənədlər 28 fevral  2027-ci ilə qədər təqdim edilməlidir:

    1. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.

    2. İştirakçının təhsil haqqında diplomunun surəti və ya təhsil aldığı müəssisənin arayışı.

    3. İştirakçının müsabiqə proqramı

    4. Qısa yaradıcılıq tərcümeyi-halı.

    Müsabiqədə iştirak ödənişlidir:

    Xarici ölkələrin vətəndaşları üçün -  100 USD

    Azərbaycan Respublikasının vətəndaşları üçün – 60 AZN

     

    Festivalda iştirak ödənişlidir:

    Xarici ölkələrin vətəndaşları üçün -  90 USD

    Azərbaycan Respublikasının vətəndaşları üçün – offlayn və onlayn 50 AZN  

    Şəhid, qazi, qaçqın və məcburi köçkün ailələrinin üzvləri müvafiq ödənişlərdən azad olunurlar.

     

    Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər və ərizə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

     elektron poçt ünvanına göndərilməlidir. Əlaqə: 055 779 20 11

     

    İştirakçı mehmanxana və yol xərclərini öz vəsaitləri hesabına həyata keçirir.

     

    P R O Q R A M

     

    FORTEPİANO ŞÖBƏSİ

     

     I kateqoriya (I - IV sinif)

    1. Polifonik əsər

    2. Etüd

    3. Pyes

                      

    II kateqoriya (V-VIII  sinif)

    I tur

    1. Polifonik əsər

    2. Klassik sonata – birinci hissə (sonata alleqrosu) və ya II, III hissələr

                                                                          

    II tur

    1. Pyes (istəyə görə)

    2. Etüd (istəyə görə)

     

     III kateqoriya (IX - XII sinif, kollec, lisey)

    I tur

    1. Polifonik əsər

    2. Klassik sonata – birinci hissə və ya variasiyalar

    II tur

    1. Pyes (istəyə görə)

    2. Virtuoz əsər (etüd və ya pyes)

    III tur

    1. Konsert (kamera orkestri ilə)

     

    IV kateqoriya (ali təhsil müəssisələri)

    I tur

    1. Polifonik əsər

    2. Klassik sonata – birinci hissə və ya variasiyalar

    II tur

    1. Pyes (istəyə görə)

    2. Virtuoz etüd

    III tur

    1. Konsert (kamera orkestri ilə)

     

     

    ORKESTR ŞÖBƏSİ

    (violin, viola, çello, kontrabas)

    I kateqoriya (9–11 yaş)

    I tur

    1. Etüd

    2. İki müxtəlif xarakterli pyes (biri Azərbaycan bəstəkarının əsəri olmalıdır)

    II tur

    1. Konsert (I hissə və ya I, II, III hissələr)

    II kateqoriya (12–14 yaş)

    I tur

    1. Etüd

    2. Barokko dövrünün sonataları (I–II və ya III–IV hissələr)

    3. İki müxtəlif xarakterli pyes (biri Azərbaycan bəstəkarının əsəri olmalıdır)

    II tur

    1. Konsert (I hissə və ya I, II, III hissələr)

    III kateqoriya (15–17 yaş)

    I tur

    1. İ.S.Bax: Solo violin üçün sonata və partitalardan iki kontrast hissə

    2. Etüd və ya kapris

    II tur

    1. İki müxtəlif xarakterli pyes (biri Azərbaycan bəstəkarının əsəri olmalıdır)

    III tur

    1. Konsert (I hissə və ya I, II, III hissələr)

    IV kateqoriya (18–25 yaş)

    I tur

    1. İ.S.Bax: Solo violin üçün sonata və partitalardan iki kontrast hissə

    2. Etüd və ya kapris

    II tur

    1. İki müxtəlif xarakterli pyes (biri Azərbaycan bəstəkarının əsəri olmalıdır)

    III tur

    1. Konsert (I hissə və ya I, II, III hissələr)

     

    NƏFƏS ALƏTLƏRİ ŞÖBƏSİ

     I kateqoriya (I – IV sinif)

     1. İki pyes (istəyə görə)

     

     II kateqoriya (V – VIII  sinif )

    1. İki pyes (istəyə görə, müxtəlif xarakterli)

    2. Bir konsert pyesi

      

     III kateqoriya (IX - XII sinif, kollec, lisey)

    1. Virtuoz əsər

    2. Bir istənilən əsər (barokko və ya klassik dövrə aid)

    3. İstənilən formalı əsər (5 dəqiqəyə qədər)

     

    IV kateqoriya (ali təhsil müəssisələri)

    1. Virtuoz əsər

    2. Bir istənilən əsər (barokko və ya klassik dövrə aid)

    3. İstənilən formalı əsər

     

    VOKAL ŞÖBƏSİ

    I kateqoriya (8 – 12 yaş)

    1. İki istənilən əsər

    II kateqoriya (13 – 17 yaş)

    1. Qərbi Avropa bəstəkarın əsəri

    2. İstənilən mahnı və ya romans

    3. Milli bəstəkarın ariya və ya romansı

     

    III kateqoriya (18 – 25 yaş)

    1. Romans

    2. Qədim ariya

    3. Milli bəstəkarın ariya və ya romansı

     

    IV kateqoriya (26 – 30 yaş)

    1. Qədim ariya (V.A.Motsartın əsərlərinin ifası arzu olunur)

    2. Orijinal dildə Qərbi Avropa ariyası

    3. Milli bəstəkarın əsəri

     

    V kateqoriya (30 – 40 yaş)

    1. Qədim ariya (V.A.Motsartın əsərlərinin ifası arzu olunur)

    2. Orijinal dildə Qərbi Avropa ariyası

    3. İri həcmli ariya (stretta, kabaletta)

     

     

    AZƏRBAYCAN VƏ MİLLİ XOR KOLLEKTİVLƏRİ

    III kateqoriya

    Üç istənilən əsər (onlardan biri milli bəstəkarın əsəri olmalıdır)

     

    IV kateqoriya (ali təhsil müəssisələri)

    Üç istənilən əsər (onlardan biri milli bəstəkarın əsəri olmalıdır)

                                                     

    XOR DİRİJORLUĞU

    IV kateqoriya (ali təhsil müəssisələri)

    1. Azərbaycan bəstəkarının xor əsəri

    2. Müşayiətsiz (a capella) xor əsəri

    3. İri həcmli (müşayiətli / müşayiətsiz) xor əsəri (kantata, oratoriya və ya opera səhnəsi və s.). 

     

    KONSERTMEYSTER USTALIĞI

     III kateqoriya (VIII – XI sinif )

    1. Ariya

    2. Azərbaycan bəstəkarının romansı

    3. İnstrumental pyes.

    IV kateqoriya (ali təhsil müəssisələri)

    1. Klassik ariya;

    2. Duet və ya operadan irihəcmli ariya;

    3. 2 müxtəlif xarakterli romans (romanslardan biri Azərbaycan bəstəkarının olmalıdır);

    4. İrihəcmli instrumental əsər.

     

    KAMERA ANSAMBLI

    Nominasiyasında fortepiano və müxtəlif ələtlər ücün yazılmış irihəcmli əsərlər (sonata, trio, kvartet, kvintet və s.) ifa olunur

     III kateqoriya (VIII – XII  sinif , kollec, lisey)

    1. Klassik, romantizm, müasir dövrün əsərlərindən hissələr – maksimum 20 dəq.

    IV kateqoriya (ali təhsil müəssisələri tələbələri və məzunları)

    1. Klassik, romantizm, müasir dövrün əsərlərindən hissələr – maksimum 30 dəq.

    ÜMUMI FORTEPIANO

     III kateqoriya (VIII – XI sinif )

    1. Polifoniya

    2. Pyes (istəyə görə)

    3. Virtuoz etüd

     

    IV kateqoriya (ali təhsil müəssisələri)

    1. Polifoniya

    2. Klassik sonata – birinci hissə və ya variasiyalar

    3. Pyes (istəyə görə)

    4. Virtuoz etüd

     

    BƏSTƏKARLIQ

     

     I kateqoriya (15-18 yaş)

    II kateqoriya (19-25 yaş)

    III kateqoriya (26-35 yaş)

     

    Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

    1. Miniatür janrı — müxtəlif alətlər və ya ansambllar üçün;

    2. Vokal əsərlər — mahnı, romans, balada; solo və ya ansambl ifasında, fortepiano və ya digər alətlər/ansamblların müşayiəti ilə;

    3. Kamera ansamblı üçün əsərlər — müxtəlif tərkibli duet, trio, kvartet və s.

    4. Xor əsərləri — a cappella və ya fortepiano /ansambıl müşayiəti ilə.

     

    İştirak üçün əsərlər partitura, klavir şəklində, həmçinin audio (mp3, wave) təqdim olunur.

     

    MUSİQİŞÜNASLIQ

    Müsabiqədə musiqişünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar iştirak edə bilərlər.

    Müsabiqənin mövzu istiqamətləri

    Müsabiqəyə təqdim olunan tədqiqat işləri aşağıdakı istiqamətlərdən birinə uyğun olmalıdır:

    - Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik tarixi, fəaliyyəti və Azərbaycanın musiqi-mədəni həyatındakı rolu;

    - Azərbaycan musiqi irsinin tədqiqi, qorunması və müasir dövrdə təbliği;

    - Azərbaycan bəstəkarlıq məktəbinin inkişaf mərhələləri və görkəmli nümayəndələri.Bəstəkarlıq yaradıcılığında yeni təmayüllər

    - Milli ifaçılıq ənənələri və onların müasir interpretasiyası;

    - Azərbaycan musiqisinin beynəlxalq mədəni məkanda təmsili və mədəniyyətlərarası əlaqələr;

    - Müasir musiqişünaslığın aktual problemləri, yeni tədqiqat yanaşmaları və metodları.

    Tədqiqat işinə dair tələblər

     Müsabiqəyə təqdim olunan iş elmi məqalə formatında, Azərbaycan dilində hazırlanmalıdır.

    Məqalə Times New Roman şriftində, 14 pt ölçüdə və 1,5 sətirarası interval ilə hazırlanmalı, onun həcmi 12 000–15 000 işarə (boşluqlarla), təxminən 7–8 səhifə təşkil etməlidir.

    Məqalə aşağıdakı struktur üzrə hazırlanması tövsiyə olunur:

    -  məqalənin adı;

    - müəllif haqqında məlumat;

    - xülasə;

    - açar sözlər;

    - giriş;

    - əsas hissə;

    - nəticə;

    - istifadə olunmuş ədəbiyyat.

    Tədqiqat işində mövzunun aktuallığı, məqsəd və vəzifələri, tədqiqatın elmi yeniliyi və əsas nəticələri aydın şəkildə əks etdirilməlidir. Məqalədə plagiata yol verilməməlidir. Müəllif digər mənbələrdən istifadə etdikdə həmin mənbələrə mütləq istinad etməlidir.Tədqiqat işinin hazırlanmasında iştirakçının müstəqil elmi yanaşması, mövzuya fərdi baxışı və əsaslandırılmış nəticələri nəzərə alınır.

    Müsabiqənin mərhələləri

    Müsabiqə iki mərhələdə keçirilir.

    I mərhələ – yazılı tədqiqat işlərinin qiymətləndirilməsi

    İştirakçılar müəyyən edilmiş müddət ərzində hazırladıqları elmi məqaləni müsabiqənin təşkilat komitəsinə təqdim edirlər.

    Təqdim olunmuş məqalələr tanınmış musiqişünas alimlərdən və müvafiq sahə üzrə mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.

    Qiymətləndirmənin nəticələrinə əsasən II mərhələdə iştirak etmək hüququ qazanan iştirakçılar müəyyən edilir.

    II mərhələ – təqdimat (prezentasiya)

    I mərhələdə ən yüksək nəticə göstərmiş iştirakçılar öz tədqiqat işlərini münsiflər heyəti və dinləyicilər qarşısında təqdim edirlər.

    Təqdimat üçün hər iştirakçıya 10–15 dəqiqə vaxt verilir.

    Təqdimat zamanı iştirakçı tədqiqatın məqsədini, əsas müddəalarını, elmi yeniliyini və əldə etdiyi nəticələri qısa və aydın şəkildə təqdim etməlidir.

    Təqdimatın PowerPoint proqramından və digər vizual materiallardan istifadə edilməklə hazırlanması tövsiyə olunur.

    Qiymətləndirmə meyarları

    Müsabiqə iştirakçılarının tədqiqat işləri aşağıdakı əsas meyarlar üzrə qiymətləndirilir:

    - mövzunun aktuallığı və əhəmiyyəti;

    - tədqiqatın elmi yeniliyi və orijinallığı;

    - mənbələrdən düzgün və səmərəli istifadə;

    - nəticələrin əsaslandırılması;

    - məqalənin struktur və dil baxımından tələblərə uyğunluğu;

    - iştirakçının mövzuya bələdliliyi və suallara cavablandırmaq bacarığı.

     Müsabiqənin yekunları və qaliblərin müəyyənləşdirilməsi

    Müsabiqənin qalibləri I və II mərhələdə əldə edilmiş nəticələrin ümumi göstəricilərinə əsasən münsiflər heyəti tərəfindən müəyyən edilir.

     I, II və III yerlərin qaliblərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

     Qaliblər diplom, sertifikat və müvafiq mükafatlarla təltif olunurlar.

    Müsabiqədə fərqlənmiş tədqiqat işlərinin toplu şəklində nəşr edilməsi və ya digər müvafiq formatlarda təbliği tövsiyə olunur.

     

     

    Müsabiqə və festival iki formatda kecirilir – offlayn və onlayn

     

    III tur üçün təklif olunan konsertlərin siyahısı

    Fortepiano şöbəsi

    1. İ.S.Bax – klavir konsertləri

    2. İ.Haydn – Konsert №11 D dur

    3. İ.Haydn – Konsert №4 G dur

    4. F.Mendelson – Konsert №1 g moll, Op.25

    5. F.Mendelson – Konsert №2 d moll, Op.40

    6. V.A.Motsart – Fortepiano üçün konsertlər

    7. L.V.Bethoven – Fortepiano üçün konsert №1 C dur, Op.15

    8. L.V.Bethoven – Fortepiano üçün konsert №2 B dur, Op.19

    9. L.V.Bethoven – Fortepiano üçün konsert №3 c moll, Op.37

    10. F.Şopen – Fortepiano üçün konsert №1 e moll, Op.11

    11. F.Şopen – Fortepiano üçün konsert №2 f moll, Op.21

    12. F.List – Fortepiano üçün konsert №1 Es dur

    13. F.List – Fortepiano üçün konsert №2 A dur

    14. D.Şostakoviç – Konsert №1 c moll, Op.35

    15. A.Şnitke – Fortepiano və simli orkestr üçün Konsert

     

                                                  

    Simli alətlər üçün

    1. V.A.Motsart – Violin üçün konsert №3 G dur, K.216

    2. V.A.Motsart – Violim üçün konsert №4 D dur, K.218

    3. V.A.Motsart – Violin üçün konsert №5 A dur, K.219

    4. F.Mendelson – Violin və simli orkestr üçün konsert D dur, MWV O 3

    5. A.Vyetan –Violin üçün konsert №2, fis moll, Op.31

    6. H.Venyavski – Violin üçün konsert №1, fis moll, Op.14

    7. H.Venyavski – Violin üçün konsert №2, d moll, Op.22

    8. M.Brux – Violin üçün konsert №1, g moll, Op.26

    9. K.Sen-Sans – Violin üçün konsert №3 b moll, Op.6

    10. N.Paqanini – Violin üçün konsert №1 D dur, Op.6

     

    Nəfəsli alətlər üçün

    1. A.Vivaldi – Faqot üçün konsert d moll

    2. V.A.Motsart – Fleyta üçün konsert №1, G dur, KV 313

    3. Qlazunov – Saksafon və simli orkestr üçün konsert, Op.109

    4. V.Şelokov – Truba və orkestr üçün konsert

    5. Kopland – Klarnet, simli orkestr, arfa və piano üçün konsert