26 noyabr 2026-cı il
Bakı Musiqi Akademiyasında açıq dərs keçirilib.
26 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Venera Məmmədovanın açıq dərsi keçirildi.
Açıq dərsdə V.Məmmədova öncə ifa olunacaq əsərin bəstəkarı və onun yaşadığı dövr haqqında məlumat verdi. Venera xanım tələbəyə fərdi yanaşaraq, öz bilik və təcrübəsini tələbələrlə bölüşdü. O, həmçinin hər bir detala fikir verərək, tələbələr üçün çətin olan hissələr diqqətlə araşdırılıb, öyrənildi.
Təqdim olunan açıq dərsdə kafedra müdiri, professor Gülnarə Acalova, kafedranın müəllim və tələbə heyəti, həmçinin metodiki şuranın üzvü, Bakı Musiqi Akademiyasının professoru Lalə Cəfərova da iştirak etmişlər.


