Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024/2025-ci tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə sənəd qəbulu (ərizələrin onlayn qeydiyyatı) elektron sistem vasitəsilə həyata keçirilir. Əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə ərizələrinin onlayn qeydiyyatına 2024-cü ilin may ayının 29-dan başlanılır.


Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin nəzərinə!

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


SABAH qrupları magistratura səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə!

AÇIQ QAPI GÜNLƏRİ


Zülfiyyə Ramiz qızı Hüseynovanın “Şirvan aşıq havalarının janr və üslub xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Azad Mirzəcanzadə İnkişaf Proqramı


İslam Dünyası gənc klassik musiqi ifaçılarının 12-ci Beynəlxalq müsabiqə

Международный конкурс молодых исполнителей классической музыки среди стран Исламского Мира


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabr ayında Bakıda keçiriləcəyi ilə əlaqədar İslam Dünyası gənclərinin klassik musiqisi ifaçılarının 12-ci beynəlxalq müsabiqəsinin keçirilmə tarixi təxirə salinir.

В связи с тем, что в ноябре в Баку пройдет 29-я сессия Конференции сторон Рамочной конвенции БМТ по изменению климата - COP29, дата проведения 12-го международного конкурса исполнителей классической музыки молодежи исламского мира откладывается.


“AZƏRBAYCAN VƏ XARİCİ MUSİQİ NÖMRƏLƏRİNİN SOLMİZASİYASI” I RESPUBLİKA MÜSABİQƏSİ


“BAROKKO USTADLARI – 340”. I RESPUBLİKA MÜSABİQƏSİ


Diqqətinizə çatdırmaq istərdim ki, DOST Agentliyi Tələbələrin təşəbbüslərinə dəstək layihəsinə start verib. Sosial şəbəkələrdə və dost.gov.az saytında bu barədə paylaşım var. Xahiş edirik ki, siz də universitetin səhifəsində və tələbə qruplarında bununla bağlı paylaşım edəsiniz. https://dost.gov.az/news/1268
https://www.instagram.com/p/DKResxztJLW/?igsh=MW1nZmJnMzFqNDVhZA==
https://www.facebook.com/share/p/18QwEKKRym/
Dəstəyinizə görə təşəkkürlər!


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

21 sentyabr 2021-ci il

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi və Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəylinin musiqi irsi müasir təqdimatda” mövzusunda elmi sessiya keçirilmişdir.

Elmi sessiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət  üzrə elmi-metodiki  və  ixtisasartırma Mərkəzinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə baş tutmuşdur.

Tədbir dahi Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın fonunda möhtəşəm video rolik ilə açılış etdi.

Sessiyanı açıq elan edən tədbirin moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, Mədəniyyət Nazirliyinin Elmi təminat və araşdırmalar şöbəsinin Tətbiqi tədqiqatlar sektorunun baş metodisti Səadət  Şirinova hamını salamlayaraq, 100 illik yubiley çərçivəsində Respublikamızda müxtəlif tədbirlərin keçirilməsini və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin də bu istiqamətdə bir sıra xidmətləri olduğunu bildirdi. Bu gün keçirtdiyimiz elmi sessiya bu sıradan olan tədbirlərdən biridir deyə qeyd edən  S.Şirinova, çıxış üçün ilk sözü Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə təqdim etdi. G.Abdullazadə ilk öncə elmi sessiyanın  iştirakçılarını Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi,  “ Milli Musiqi Günü” və ən əsas da yaxın günlərdə bütün Azərbaycan xalqının qeyd edəcəyi şanlı qələbə günləri münasibəti ilə təbrik etdi.  Daha sonra  G.Abdullazadə bildirdi ki,  təməli Üzeyir bəy tərəfindən qoyulmuş Respublikanın ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası, ölkə  xaricində də  tanınan ali  təhsil mərkəzinə çevrilmişdir. Üzeyir bəy irsi daima aktualdır və illər ötdükcə də, dünyamız müasirləşdikcə belə öz təravətini saxlayacaqdır.  

Biz bu gün çox şadıq ki, Akademiyamızın 100 illik yubileyi çərçivəsində müxtəlif festivallar təşkil olunur,  o cümlədən də musiqi mədəniyyətimizin beşiyi olan Şuşada da keçirilir. Bu günləri bizə yaşatdığı üçün bir xalq olaraq ilk öncə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Heydər oğlu Əliyevə öz sevgi və ehtiramımızı bildiririk.

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi-metodiki və ixtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli tədbir iştirakçılarını yubiley münasibəti ilə təbrik etdi və  bu il xalqımızın “Milli Musiqi Gününü” qalib xalq olaraq qeyd etdiyini bildirərək, xüsusilə  Ü.Hacıbəyli Musiqi Festivalının  məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğuladı. Qarabağda musiqimiz səslənir və bu əbədidir. 

 Daha sonra çıxış üçün söz alan Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, rəhbərlik etdiyi elmi –tədqiqat laboratoriyasında artıq xeyli müddətdir ki,  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr edilmiş müxtəlif tədbirlərin keçirildiyini, toplular, monoqrafiyalar və məcmuələrin nəşr olunduğunu bildirdi. N.İsmayılzadə qeyd etdi ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmiş və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz Akademiyamızın məzunlarıdır.

Elmi sessiya  müxtəlif maraqlı çıxışlarla : sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə “Ü.Hacıbəylinin “Arşın mal alan” operettası dünya səhnələrində” ,  elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi,  Azərbaycanın xalq artisti, professor, Ramiz Quliyev “Koroğlu” operasının uvertürası müxtəlif tərkibli orkestrlərdə, Azərbaycanın xalq artisti, professor Ülviyyə Hacıbəyova ““Koroğlu” operasının uvertürası İ.Hacıbəyovun fortepiano üçün işləməsi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli “Ü.Hacıbəyov yaradıçılığında xalq rəqsləri”, C.Hacıyev adına 3№ uşaq incəsənət məktəbinin direktoru, əməkdar müəllim Mehin Orucova “Uşaq incəsənət musqi məktəblərində Ü.Hacıbəyli irsinin tədrisi məsələləri” - davam etdi.

Sessiyada çıxışlar arası səsləndirilən musiqi nömrələri tədbirə xüsusi ovqat bəxş etdi.

 

 Mehparə Rzayeva

sənətşünaslıq üzrə fəlsəfə doktoru ,

 elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı