Yaqubova Tahirə Əhəd qızı
Professor, Əməkdar incəsənət xadimi
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 03.07.1942.
Təhsili: 1950-1961-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə, 1961-1966-cı ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq şöbəsi ilə yanaşı, 1965-1970-ci illərdə orqan sinfini bitirib (Z.H.Cəfərovanın sinfi). Azərbaycan Dövlət Konservatoriyasının Elmi Şuranın qərarı ilə Memarlıq və İncəsənət İnistitutunun aspiranturasına (1966– 1970–ci illərdə musiqişünaslıq ixtisası üzrə), 1967–1970-ci illərdə Leninqrad Konservatoriyasına yaradıcılıq ezamiyyətinə göndərilib.
Moskvada (1975), Tiflisdə (1980), Veymarda (Almaniya, 1988) təcrübə keçib. Tallində (1987), Riqada (1988), Alma-Atada (1989), İsveçrədə (1994), Hollandiyada (1996-1997) keçirilən «ustad sinfi» kurslarında iştrak edib. 1974-cü ildə Sənətşünaslıq elmlər namizədi adına dissertasiya müdafiə edib.
Pedaqoji fəaliyyəti: 1978-ci ildən – dosent və Azərbaycan Bəstəkarlar İttifaqının üzvi, 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas – musiqi nəzəriyyəsi, 1971-ci ildən bu günə qədər orqan üzrə dərs deyir. 1976-1982-ci illərdə nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.
1991-ci ildən professor olmuş (1994-cü ildə təstiq edilmişdi), 1991-ci ildən orqan sinfinin icraçısı, 1995-ci ildən isə Orqan və klavesin kafedrasının müdiridir.
Elmi fəaliyyəti: 1971-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azkonsertin solisti, 1982-ci ildən Soyuz Konsertin və Dövlət konsertin solisti olaraq SSSR-i ərazisində olan bütün şəhərlərdə və xaricdə ilk azərbaycanlı orqan ifaçısı kimi ölkəmizi təmsil edib.
30-dan çox elmi məqalələr, metodiki işlərin, monoqrafiyalarin, proqramların, orqan üzrə “Alətlər kralı», «Orqan terminalogiyası lüğəti», Qara Qarayevin seçilmiş əsərlərini orqan üçün köçürmələrin və başqa əsərlərin müəllifidir.
2005-ci ildə Respublikanın Möhtərəm Prezidentinin sərəmcamı ilə (16 sentyabr 2005-ci il) Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı ilə tərtif olub.
2018-ci il
1. 27 oktyabr 2018- Şəmkir Q.Qarayevin 100 illiyinə həsr olunmuş konserti-bədii rəhbər.
2. 7-8 noyabr 2018- ci il festival-2 konsertin – bədii rəhbəri.
3. 2019-cu il
1. 25 fevral- Orqan konserti Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsert- bədii rəhbər.
2. 27 iyun- Konsert- “Путеводные звезды” kitab təqdimatına həsr olunmuş konsert- bədii rəhbər.
3. 21 sentyabr- Orqan 55 il- bədii rəhbər.
4. 27 iyun- “Путеводные звезды” kitabının təqdimatına həsr olunmuş konsert- bədii rəhbər.
5. 28 oktyabr- Orqan festivalının açılışı- bəddi rəhbər.
7. 5 noyabr- Orqan festivalı- bəddi rəhbər.
8. 5 dekabr- Orqan festivalının bağlanışı- bəddi rəhbər.
9.”Qara Qarayev yaradıcılığında bəzi tematizm xüsusiyyətləri”.”Qobustan”Qara Qarayevin 100 sənətin yolları”.2019 il.
10. «Портрет любимого педагога» adlı elmi məqalə (Həmmüəllif E.Əliyeva)
Jurnal “Musiqi Dünyası”2021 il.