Abdullayeva Xurşid Lütfəli qızı
Müəllim, Əməkdar artist
Doğum yeri və tarixi: Azərbaycan, Baki şəh., 15.09.1959.
Təhsil: 1966-1977-ci il Bülbül adına musiqi məktəbində oxumuşdur. 1983-1988-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsilini davam etmişdir.
1989-cu ildə Minsk şəhərində (Belorusiya) prof. Arturo Sakettinin (Vatikan) klavesin üzrə ustad sinfini bitirmişdir.
1992-ci ildə İngiltərədə Kolin Tilneyin (Kanada) klavesin üzrə ustad sinfini keçmişdir.
1998-ci ildə Moskva konservatoriyasında bir illik ali ifaçılıq kurslarını bitirmişdir (dosent İ.Zenaişvilinin sinfi).
Pedaqoji fəaliyyət: 1995-ci ildən Orqan və klavesin kafedrasının müəllimidir. 2001-ci ildən Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktoru işləyir.
Elmi fəaliyyəti: X.Abdullayeva Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış edib. O, bir sıra Elmi-tədqiqat işlərin müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
2011-ci ildə Prezident mükafatına layiq görülmüşdür.