Bəylərbəyova Səbinə Eldar qızı
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Gəncə şəh., 15.11.1981.
Təhsil: 2000-2004-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında bakalavr pilləsini bitirmişdir. 2004-2006-cı illərdə Orqan və klavesin kafedrasının magistr pilləsini, 2006-2008-ci illərdə orqan ixtisası üzrə assistent-stajorluğunu bitirmişdir. 2005-ci ildə Rusiyanın Moskva şəhərində keçirilən Orqan İfaçılarının Valeriy Kikta adına I Beynəlxalq müsabiqəsində iştirak etmiş və həmin müsabiqənin laureatı və diplomantı adına layiq olmuşdur (Azərbaycanda ilk dəfə).
Pedaqoji fəaliyyəti: 2005-2008-ci illərdə Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında baş laborant vəzifəsində, 2006-2008-ci illərdə 28 saylı Uşaq Musiqi məktəbində müəllim, 2006-2008-ci illərdə Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2009–cu ildə Norvecdə orqan ixtisası üzrə özəl stajirovka keçmişdir. 2010–2012-ci illərdə Norvecdə orqanist və musiqi müəllimi vəzifəsində çalışmışdır. 2012-ci ildən Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasında müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti: Həm Azərbaycanda, həm xaricdə (İran, Rusiya, Norvec, isveç) konsertlərdə iştirak etmişdir.
05.12.2017 – Cənubi qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirdə iştirak (Şəmkir şəhəri Alman Lüteran kilsəsi)
27.10.2018 – Görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konserdə iştirak (Şəmkir şəhəri Alman Lüteran kilsəsi)
07.11.2018 – Orqan Musiqi Festivalının çərçivəsində keçirilən, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
08.11.2018 – Orqan Musiqi Festivalının çərçivəsində keçirilən, Avropa bəstəkarlarının əsərlərindən ibarət konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
11.12.2018 – Arif Məlikovun yubileyinə həsr olunmuş konsertdə tələbələrimin iştirakı (Bakı Musiqi Akademiyasının Böyük zalı)
12.12.2018 – Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş konsertdə iştirak (Bakı Musiqi Akademiyasının Böyük zalı)
Mezzo N:19,20 jurnalında məqalə (2018 il) 1 səhifə
25.02.2019 - Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
01.05.2019 – Fortepiano, orqan, klavesin kafedrasının tələbələrinin konsertdə tələbələrimin iştirakı(Bakı Musiqi Akademiyasının Böyük zalı)
27.06.2019 – T.Yaqubovanın yaradıcılığı haqqında kitabın prezentasiya-konsertində iştirak (Kamera və Orqan musiqisi zalı)
05.07.2019 – “Şərqdən Qərbə əsən meh” adlı Nəsiminin 650 illiyi və almanların Cənubi Qafqaza köçməsinin 200 illiyinə həsr olunmuş konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
21.09.2019 – “Orqanın Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” tədbirində iştirakı (Bakı Musiqi Akademiyasının Böyük zalı)
05.11.2019 - I Beynəlxalq Orqan Musiqi Festivalının çərçivəsində keçirilən konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
23.11.2019 – I Beynəlxalq Orqan Musiqi Festivalının çərçivəsində keçirilən “Sus könlüm, sus” solo konserti (Bakı Musiqi Akademiyasının Böyük zalı)
28.11.2019 – Bakı Musiqi Akademiyasının tələbə və müəllimlərinin iştirakı ilə keçirilən konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
24.12.2019 - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliyinə həsr olunmuş konsertdə iştirak (Kamera və Orqan musiqisi zalı)
Mezzo N:24 jurnalında məqalə (2019 il) 2 səhifə
17.02.2020 – R.Axundzadənin sinif konsertində iştirak (Bakı Musiqi Akademiyasının Böyük zalı)
25.02.2020 – Xocalı qurbanlarının anım konsertində iştirak (Bakı Musiqi Akademiyasının Böyük zalı)
26.02.2021 – Mədəniyyət kanalının “Xocalı” adlı konserti (Kamera və Orqan musiqisi zalı)