• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abutidze Nelli Nikolayevna

    Dosent, Pedagoji elmlər nəmizədi


    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh. 31.12.1952.

    Təhsil: 1973-cü il Asəf Zeynallı adına musiqi məktəbi. 1979-cu ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını 2 ixtisas – fortepiano və orqan (Z.Cəfərovanın sinfi) üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

    Pedaqoji fəaliyyət: 1996-cı ildən Bakı Musiqi Akademiyasında orqan və klavesin kafedrasında çalışır.

    Elmi fəaliyyəti: 1983-cü ildə Ukraynada keçirilən “Киевская весна” festivalında o, Azərbaycan musiqi mədəniyyətini ləyaqətlə təmsil edərək Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən Fərqlənmə diplomu ilə mükafatlandırılmışdır. 1989-cu ildə Moskvada Pedaqoji Elmlər Akademiyasının Bədii Tərbiyə elmi tədqiqat institutunun aspiranturasını bitirmiş, namizədlik dissertasiyanı müdafiə etmişdir və Pedaqoji elmlər namizədi adına layiq görülmüşdür. Alma-Ata (1989), Hollandiya (1997) keçirilən ustad dərslərinin iştirakçısı olmuşdur və beynəlxalq sertifikatına layiq görülmüşdür.
    2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-344 №-li qərarı ilə Azərbaycan orqan alətində ifaçılıq sənətinin əsasının qoyulmasının 50 illiyi münasibətilə və bu sahədə müstəsna xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir.