• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mirqasım (Rzayeva) Gülnar Rövşən qızı

    Tyutor-Müəllim

    Dogum yeri və tarix: Azərbaycan, Bakı şəhəri, 20.07.1983.

    Təhsil: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Məktəb studiyasında fortepiano ixtisası üzrə (Ə.Mailovanın sinfi, daha sonra İ.Əliyevanın sinfi), 8-ci sinifdən orqan ixtisası üzrə (prof.T.Yaqubovanın sinfi) təhsil almışdır.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orqan ixtisası üzrə bakalavr pilləsini (2002-2006), Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq üzrə magistr pilləsini (2013-2016) bitirmişdir.

    Pedaqoji fəaliyyətı: G.Şaroyev adına 35№ 11 illik musiqi məktəbində orqan ixtisası üzrə müəllim (2007-2012), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «Orqan və klavesin» kafedrasınıda baş laborant (2009-2016), 2016 -cı ildən Fortepiano fakültəsində tyutor, 2020-ci ildən “Fortepiano, orqan və klavesin” kafedrasında müəllim vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: “Ağ rəngin musiqisi” qisametrajlı sənədli televiziya filmində orqan musiqisi əsərlərini ifa etmişdir (2003,Azərbaycan Televiziyası). Mütəmadi olaraq konsertlərdə iştirak etmişdir.