• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Fortepiano fakültəsi

    Usubova Nigar İbrahim qızı 

    (02.05.1914, Qazax - 15.09.1995, Bakı)

    Pianoçu, pedaqoq.

     Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor, “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

    İlk musiqi təhsilini R.İ.Siroviçdən almış və daha sonra isə Azərbaycan Dövlət Konservatoriyasını (professorlar A.S.Baron və M.R.Brennerin sinfi) bitirmişdir (1947). Moskva Dövlət Konservatoriyasının aspiranturasında (görkəmli pianoçu, professor A.B.Qoldenveyzerin sinfi) təhsilini davam etdirmişdir.

    Nigar Usubova, 1952-ci ildən ömrünün sonuna kimi Konservatoriyanın “Fortepiano” kafedrasında çalışmış, 1959-1969-cu illərdə “Fortepiano” kafedrasının müdiri, 18 il ərzində Konservatoriyada “Elmi və tədris işləri üzrə” prorektor olmuşdur.

    N.Usubova musiqi təhsilinin inkişafı üçün mühüm işlər görmüş, Azərbaycan pianoçuluq məktəbinə öz üslubunu və dəst-xəttini gətirmişdir. Azərbaycan pianoçularının bökük bir nəslini yetişdirmişdir. Bir sıra metodik tövsiyələrin müəllifidir.