• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Məlikova Nigar Akif qızı

    Konsertmeyster, Əməkdar artisti

    Təhsil:    Məlikova Nigar Akif qızı 1998-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra həmin ili Bakı Musiqi Akademiyasının I kursuna daxil olmuşdur.

    2002-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini bitirmişdir (professor Ə.Vəkilovanın sinfi). Həmin ildən “Solo oxuma” kafedrasının vokal fakultətiv üzrə təhsilini də sona çatdırdı.

    2004-cü ildə magistratura pilləsini, 2006-cı ildə fortepiano ixtisası üzrə təcrübəçi-assistent kimi təhsilini bitirmişdir.

    Pedaqoji fəaliyyəti:

    2003-cü ildən “Solo oxuma” kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır.

    Konsertmeyster fəaliyyəti ilə bərabər  2006-cı ildən “Üns” yaradıcılıq sahəsində də çalışmışdır. Dəfələrlə müxtəlif tədbirlərdə iştirak etmişdir.

    2012-ci ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim, 2014-cü ildən baş müəllim vəzifəsində çalışır.

    Hazırda Nigar Məlikova Bakı Musiqi Akademiyasının dissertantıdır. 

    Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 17 sentyabr tarixli 2903 nömrəli Sərəncamı ilə "Əməkdar artisti" adına layiq görülmüşəm. 

    Elmi fəaliyyəti:  Bir sarı elmi metodik vəsaitlərin müəllifidir.