Seyidov Anar Uran oğlu
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 19.03.1993
Təhsil: 1999-2010-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2011-2015-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını n skripka ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, 2015-2017-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında aspirantura şöbəsində (professor E.Qraçın sinfi) təhsilini davam etdirmişdir.
İfaçılıq fəaliyyəti: Yeniyetməlik yaşlarından çoxsaylı respublika, beynəlxalq konkurs və festivalların qalibi və laureatı olmuş, 2007-ci ildə Bolqarıstanda keçirilmiş XII Beynəlxalq Musiqi Müsabiqəsinin I dərəcəli medalı ilə təltif olunmuş, 2009-cu ildə Belarusiyada keçirilən Yuri Başmentin IV Beynəlxalq musiqi festivalının fəxri diplomuna, 2013-cü ildə musiqi festivalında mükəmməl çıxışına görə “Rusiyanın Dünya Fondu” diplomuna, 2014-cü ildə Beynəlxalq festivalda Vilnüs şəhərində solo çıxışına görə diploma layiq görülmüşdür.
2008-ci ildə adı “Gənc İstedadların Qızıl kitabı”na daxil edilmiş və Prezident təqaüdü mükafatına layiq görülmüşdür.
Pedaqoji fəaliyyəti: 2018-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Şövkət Məmmədova adına Opera studiyasında Təcrübə və konsert fəaliyyəti şöbəsinin müdiri vəzifəsində çalışır.