Axundzadə Rüfət Yusif oğlu
Dosent, Əməkdar İncəsənət xadimi
Axundzadə Rüfət Yusif oğlu 1981-ci il Bakı şəhərində anadan olub.
1998-ci ildə İncəsənət Gimnaziyasının truba sinfini bitirdikdən sonra Ü.Hacıbəyli adına BakıMusiqi Akademiyasına daxil olub.
2002-ci ildəÜ.Hacıbəyli adına BMA-nı truba ixtisasıüzrə bitirib (professor Ağarəsul Rəsulovun sinfi). Həmin ildə magistratura pilləsinə daxil olmuş, 2004-cü ildə Fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildən BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
2011-ci ildə müsabiqə yolu ilə həmin kafedranın baş müəllimi, 2014-cü ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb.
2015-ci ildən “Nəfəs və zərb alətləri” kafedrasına dosent vəzifəsinə təyin olunub.