• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Hacıyev Ilqar Xəlil oğlu

    Müəllim, Əməkdar Artisti

    Hacıyev Ilqar Xəlil oğlu 1978 -ci il Bakı şəhərində anadan olub.

    1996-1998-ci illərdə F.Əmirov adına Respublika Müsabiqəsinin qalibi olmuş və laureatı adına layiq görülüb.

    1996-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına, 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera ve balet teatrına qəbul olub. 1998- ci ildə Ü.Hacıbəyli adına Dövlət Simfonik orkestrinə qəbul olub.

    2002-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə Azərbaycan Respublikası Əməkdar Artisti Fəxri adına layiq görülüb.

    Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin faqot qrupunun konsertmeysteridir. Prezideni təqaüdçüsüdür.