Axundzadə Yusif Yevgeniy oğlu
Kafedra müdiri, professor, Xalq artisti
Axundzadə Yusif 1946-cı il Bakı şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının fleyta sinfinə daxil olub, 1969-cu ildə oranı bitirib.
1969-1970-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının orkestrində musiqiçi vəzifəsində işləyib.
1970-ci ildən hərbi xidmətdədədir. 1971-1992-ci illər Ali Hərbi Dənizçilik məktəbi orkestrinin dirijorudur.
1992-ci ildən etibarən Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisidir.
1979-cu ildən Azərbaycan Respublikasınını Əməkdar Mədəniyyət işçisidir. 1988-ci ildən Azərbaycan Respublikasınını Əməkdar İncəsənət xadimidir. 1998-ci ildən Azərbaycan Respublikasının xalq artistidir.
1989-cu ildən "Nəfəs və zərb alətləri" kafedrasında müəllim, 1994-cü ildən dosent, 1999-cu ildən professor vəzifəsində işləyir.
1998-ci ildə Respublika Prezidenti tərəfindən Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilmişdir.
2005-ci ildən Azərbaycan Bayrağı Ordeni verilib.
2015-ci ildən Azərbaycan Respublikasının sərəncamı ilə General-Mayor rütbəsi alıb.
2016-cı ildən prezident təqaüdçüsüdür.