Sevinc Tofiq qızı Rzayeva
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 05.08.1964.
Təhsil: 1982-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası) tarix-nəzəriyyə fakültəsini bitirmişdir.
Pedoqoji fəaliyyəti: Hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının dosentidir. 1991-1998-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimə vəzifəsində, 1998-2006-cı illərdə Türkiyənin Ankara şəhərində “Yamaha”musiqi məktəbində işləmişdir. 2010-2016-cı illərdə əl-Küveyt şəhərində “Uşayhava musiqini sevdirək” layihəsinin müəlliflərindən və bu layihə çərçivəsində musiqi nəzəriyyəsi və tarixi üzrə dərs vermişdir. 2013-cü ildə Qara Qarayevin 95 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət simfonik orkestrinin səfərini və konsert proqramını, 2014-cü ildə “Küveyt-Azərbaycan musiqi axşamı” konsertini təşkil etmişdir.
Elmi fəaliyyəti: 2005-ci ildə Vasif Adıgözəlovun triptixi: “Qarabağ şikəstəsi”, “Çanaqqala”, “Qəm Karvanı” (janrın təfsirində ənənə və müasirlik”) adlı dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.
Çoxsaylı Beynəlxalq konfrans və simpoziumların mütəmadi iştirakçısıdır. Müxtəlif toplularda, yerli və xarici mətbuatda azərbaycan, rus, türk, ərəb dillərində 30-dan artıq elmi-analitik məqalələri nəşr olunub.
2017-ci ildə Vasif Adıgözəlov “Vətən sevgisi” adlı monoqrafiyasını nəşr etmişdir. (Bakı, “Azərbaycan” nəşriyyatı) 2018-ci ildə Оратории В.Адыгезалова «Карабах Шикястяси», «Чанаккала 1915» и «Караван Скорби» tədris vəsaitinin rus dilində müəllifidir.