Rzayeva Ülkər Rasim qızı
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 14.07.1994.
Təhsil: 2000-ci ildə 160 saylı klassik gimnaziyanin birinci sinifinə daxil olmuşdur. Elə həmin il (2000-ci ildə ) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Məktəb-studiyaya daxil olmuşdur. Musiqi məktəbində təhsil aldığı müddətlə dəfələrlə məktəbin konsert və konfranslarında çıxış etmişdir.
2000-ci ildə musiqi məktəbini fərqlənmə ilə bitirmişdir.
2011-ci ildə Bakı Musiqi Akademiyasının tarix-nəzəriyyə fakültəsinə daxil olmuşdur. BMA-nın 2-ci kurs tələbəsi ikən Ümummilli lider H.Ə.Əliyevin 90 illiyinə həsr olunmuş BMA, AMK, ADMİU arasında Gənclər-tələbə təşkilatının Həmkərlar komitəsinin keçirdiyi “Sərbəst yazı işləri” müsabiqəsində iştirak etmiş və 2-ci yerə layiq görülmüşdür.
2013-cü ildən 2015-ci ilə qədər Elmi Şuranın qərarına əsasən xüsusi təqaüdlə təltif olunmuşdur.
2014-2015-ci illərdə Azərbaycan və Rusiya arasındakı mədəni əlaqələrin inkişafında fəal iştirakına görə D.L.Mendeleyev adlı təqaüdünə layiq görülmüşdür. Tələbəlik illərində Gənclər-tələbə təşkilatının “Mezzo” jurnalında məqalələri dərc olunmuşdur. 2015-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bakalavr pilləsini fərqlənmə ilə bitirmişdir. Elə həmin il Azərbaycan Milli Konservatoriyasının bəstəkarlığın tarixi və nəzəriyyəsi ixtisasına magistratura şöbəsinə qəbul olmuşdur.
2017-ci ildə Magistr tələbələrinin “Musiqişünaslığın Aktual Problemləri” adlı lll Respublika Elmi Konfransında “XX əsr musiqi təfəkkürünün inkişaf yolları” mövzusu ilə çıxış etmişdir. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlığın tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturanı bitirmişdi.
2018-ci ildə BMA-nın doktarantura şöbəsinə qəbul olmuşdur.
Pedaqoji fəaliyyəti: 2018-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimidir.